CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dekabrın 14-15-də şəhərə çıxmamağınız məsləhətdir

© Sputnik / Rahim MuradovQarlı hava
Qarlı hava - Sputnik Azərbaycan
Abunə olmaq
Rəsmi bəyan: "Avtomobillərin hərəkətində problemlərin olacağı qaçılmazdır"

BAKI, 13 dek — Sputnik. Dekabrın 14-ü və 15-də gözlənilən hava şəraiti ilə əlaqədar olaraq "Azəravtoyol" ASC balansında olan avtomobil yollarında hərəkətin fasiləsiz təşkili üçün gücləndirilmiş iş rejimində çalışacaq. "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, yolların qardan və buzdan təmizlənməsi üçün bütün texnika, maşın-mexanizmlər hazır vəziyyətə gətirilib, kifayət qədər duz və qum ehtiyyatı toplanıb.

Qarlı hava - Sputnik Azərbaycan
Qarşıdakı iki gün ərzində açıq havaya çıxmayın!

"Bakı şəhərində balansımızda olan yollarda, küçə və prospektlərdə, xüsusi ilə daha tez qar tutan və buzlaşan yollarda xidmət aparmaq üçün öncədən maşın-mexanizmlər əraziyə çıxarılacaq. Anoloji addımlar respublikanın avtomobil yollarında da atılacaq", — ASC-dən bildirilib.

Qeyd olunur ki, atılacaq qabaqlayıcı addımlara baxmayaraq, sürücülərin də bu cür hava şəraitinə hazır olması şərtdir. Onlardan xahiş olunur ki, nasaz avtomobillərlə, xüsusi ilə yay şinləri ilə təchiz olunmuş avtomobillərlə yollara çıxmasınlar.

"Çünki, həmin avtomobillərin hərəkətində problemlərin olması qaçılmazdır. Üstəlik onlar digər avtonəqliyyat vasitələri üçün də maneə törədərək yollarda sıxlığın və tıxacın yaranmasına gətirib çıxaracaqlar. Belə olduqda isə yollarda yaranan sıxlıq və tıxac səbəbindən qar təmizləyən və duz-qum qarışığı səpən texnikaların da yollarda hərəkətində problemlər yaşanır. Nəticədə yolların vaxtında təmizlənərək hərəkətin fasiləsizliyini təmin etmək mümkün olmur. Hər bir halda az təcrübəyə malik sürücülərin də yollara çıxması tövsiyyə olunmur", — "Azəravtoyol" ASC-dən qeyd olunur.

Bundan başqa, vurğulanır ki, Respublikanın avtomobil yollarının, xüsusən dağlıq ərazilərdə enişli-yoxuşlu sahələrin və sərt döngələrin kənarlarına öncədən duz-qum qarışığından ibarət ehtiyatlar toplanıb: "Qeyri-sabit hava şəraitində idarə etdiyi avtomobilinin hərəkətinin çətinləşdiyini görən sürücülər, xüsusi maşın-mexanizmin əraziyə cəlb olunmasını gözləmədən sözügedən ehtiyyatlardan istifadə etməklə yollarına davam edə bilərlər".

Xəbər lenti
0