BAKI, 13 dek — Sputnik. Taekvondo üzrə Azərbaycanın kişilərdən ibarət yığma komandası, Bakıda keçirilən Komandalararası Dünya Çempionatının finalında mübarizə aparıb. Sputnik xəbər verir ki, Türkiyə və Belçika komandalarına qalib gələn komandamız, finalda Koreya millisi ilə qarşılaşıb. 3 raundda üstünlüyü əldən verməyən Azərbaycan millisi 21-5 hesabı ilə koreyalıları məğlub edərək komandalararası dünya çempionu titulunu özündə saxlaya bilib.
Qeyd edək ki, komandamız bu uğuru Məhəmməd Məmmədov (-63 kq), Ayxan Tağızadə və Sina Bahrami (hər ikisi —68 kq), Səid Quliyev (-74 kq), Milad Beigi Harçeqani (-80 kq) və Radik İsaevdən (+87 kq) ibarət heyətlə əldə edib.