BAKI, 4 dek-Sputnik. Nyu-York universitetinin elmi əməkdaşları Con Hopkins Universitetinin tibb məktəbindən olan kolleqaları ilə birlikdə hallüsinogen göbələklərin gözlənilməz qabiliyyətlərini üzə çıxarıblar. Məlum olub ki, hallüsinogen göbələklər özlərindən psilosibin ayırırlar ki, bundan da onkoloji xəstələrdə depressiya ilə mübarizədə istifadə edilə bilər.
Sputnik xarici mediaya istinadla xəbər verir ki, tədqiqat zamanı bir qrup xərçəng xəstəsinə 1 kq çəkiyə 0,3 mq hesabı ilə psilosibin, digər qrup xəstələrə isə eyni miqdarda nikotin turşusu vurulub. Nəticədə birinci qrupdan olan xəstələr intihar düşüncəsindən tamamilə uzaq durublar.
Hazırda alimlər psilosibinin insan orqanizminə təsirini müəyyənləşdirmək üçün hərtərəfli araşdırma aparırlar.