CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sosial sığorta üzrə müavinətlərin məbləği artırılır

© Sputnik / Murad OrujovMaliyyə hesabatı, arxiv şəkli
Maliyyə hesabatı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Səlim Müslümov: "Gəlirlərin 62,5 faizinin məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar hesabına təmin ediləcəyi proqnozlaşdırılır"

BAKI, 8 dek — Sputnik. "2017-ci ildə əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsinə 127 mln. manatın sərf olunacağı nəzərdə tutulur. 2017-ci ildə məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin proqnozu 104,4 mln. manat təşkil edir. Bu da 2016-cı ilin gözlənilən icra göstəricisinə nisbətən 5,6 mln. manat və ya 5,7% çoxdur".

Dövlət Sosial müdafiə fondu - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Fonda əlavə 100 milyon manat ayırılacaq

Sputnik xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. Nazir bildirib ki, 2017-ci ildə digər xərclər 81,8 mln. manat məbləğində nəzərdə tutulur.

"Bu da cari ilə nisbətən 13,4 mln. manat və ya 19, 6% yuxarıdır. Bu sahədə xərc artımı, əsasən Fondun aparatının saxlanması istiqamətində proqnozlaşdırılıb", — Müslümov əlavə edib.

© Photo : REPORTSəlim Müslümov
Səlim Müslümov - Sputnik Azərbaycan
Səlim Müslümov

Onun sözlərinə görə, Fondun 2017-ci il üçün gəlirləri 3,4 mlrd. manat proqnozlaşdırılır ki, bu da 2016-cı ilin icra göstəricisinə nisbətən 270 mln. manat və ya 8,6% çoxdur: "Fondun gəlirləri məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar, sair gəlirlər və dövlət büdcəsindən ayırmalardan ibarətdir. Gəlirlərin 62,5%-nin məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar hesabına təmin ediləcəyi proqnozlaşdırılır. Bunun da məbləği 2 mlrd. 125 mln. manat olmaqla, 2016-cı ilin gözlənilən icra rəqəmi ilə müqayisədə 13% və ya 245 mln. manat yüksəkdir".

Xəbər lenti
0