Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Fonda əlavə 100 milyon manat ayırılacaq

© SputnikDövlət Sosial müdafiə fondu
Dövlət Sosial müdafiə fondu - Sputnik Azərbaycan
Abunə olmaq
2017-ci ildə DSMF-in büdcəsinin gəlir və xərcləri 3 mlrd. 400 mln. manat proqnozlaşdırılıb

BAKI, 8 dek — Sputnik. Bu gün Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. Sputnik xəbər verir ki, parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli çıxış edərək dünyada baş verən böhranın Azərbaycana da təsir etdiyini deyib.

Milli Məclis - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Parlament hökumətə 9 gün vaxt verdi

O bildirib ki, DSMF-in gələn il üçün nəzərdə tutulan büdcəsi ötən ilə nisbətən 100 milyon manat çoxdur: "2017-ci ildə DSMF-in büdcəsinin gəlir və xərcləri 3 mlrd. 400 mln. manat proqnozlaşdırılıb. DSMF-in xərclərinin 37,4%-i və ya 1 mlrd. 270 mln. manatı dövlət büdcəsindən ayrılan transfert, 62,6%-i və ya 2 mlrd. 130 mln. manatı məcburi dövlət sosial sığorta haqları və sair daxilolmalar hesabına maliyyələşdiriləcək".

Millət vəkili deyib ki, Fondun büdcədən asılılığı ilbəil azalır: "Əgər 2012-ci ildə dövlət büdcəsindən transfert Fondun gəlirlərinin 42%-ni təşkil edirdisə, gələn il bu göstərici 37,4% olacaq. Xərclərin 95%-ni isə əmək pensiyalarının ödənişi təşkil edəcək. Bu da 2016-cı illə müqayisədə 7,7% çoxdur. Gələn il orta aylıq pensiya 8% artırılaraq 203 manata çatdırılacaq".

Xəbər lenti
0