BAKI, 8 dek — Sputnik. "Qəbələ" klubu futbol üzrə Avropa Liqasının qrup mərhələsində sonuncu oyununu keçirib. Azərbaycan futbolçuları səfərdə Almaniyanın "Mayns-05" klubu ilə rastlaşıblar.
Görüşdə hesabı 30-cu dəqiqədə alman komandasının oyunçusu Hak açıb — 1:0. On dəqiqə sonra de Blasis ikinci topu qonaqların qapısından keçirib — 2:0.
Oyun elə bu hesabla başa çatıb.
Beləliklə, "Qəbələ" 6 oyunda da məğlub olaraq qrupda sonuncu yeri tutub. C qrupundan növbəti mərhələyə vəsiqəni "Sent-Etyen" və "Anderlext" qazanıblar.