BAKI, 8 dek — Sputnik. Ağdamın "Qarabağ" klubu futbol üzrə Avropa Liqasının qrup mərhələsində son görüşdə İtaliyanın "Fiorentina" klubunu qəbul edib.
Görüşdə hesabı 60-cı dəqiqədə qonaqların oyunçusu Vesino açıb — 0:1.
73-cü dəqiqədə Reynaldo hesabı bərabərləşdirib — 1:1. Üç dəqiqədən sonra isə Federiko Kyezo qonaqların qələbə topunu vurub — 1:2.
Beləliklə, 7 xal toplayan "Qarabağ" qrupda üçüncü yeri tutaraq növbəti mərhələyə çıxa bilməyib.
J qrupundan növbəti mərhələyə "Fiorentina" və Yunanıstanın PAOK klubları vəsiqə qazanıblar.