CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Deputatdan aztəminatlı ailələrlə bağlı mühüm təklif

© Sputnik / Murad OrujovKüçədə dilənən yaşlı qadın. Arxiv şəkli
Küçədə dilənən yaşlı qadın. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Əli Məsimli: "1,6 milyon adamı ünvanlı sosial yardım ilə təmin etmək mümkün deyil"

BAKI, 8 dek — Sputnik. "Yaşayış minimumu deyəndə, biz minimum tələbatı ödəmək üçün zəruri olan ərzaq və qeyri-ərzaq malları, xidmətlər, icbari transferləri nəzərdə tuturuq. Bu nöqteyi-nəzərdən yanaşanda, "Yaşayış minimumunun 136 manatdan 155 manata çatdırılması həmin minimum tələbatı ödəyə biləcəkmi?" sualına "yox" cavabını verməliyik".

İş görüşü - Sputnik Azərbaycan
CƏMİYYƏT
İş axtaranlar qarşısında absurd tələb irəli sürülür

Sputnik xəbər verir ki, bunu millət vəkili Əli Məsimli, "2017-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı deyib. O bildirib ki, əgər Həmkarlar İttifaqları Konfederasiyası ilə Nazirlər Kabinetinin və sahibkarların birgə müqavilələrindən də çıxış etsək, yenə də müsbət cavab vermək mümkün deyil.

"Haradasa, bu rəqəm 155 manatdan 30 faiz çoxdur. Nə vaxt ki, bizdə yaşayış minimumu 136 manat idi, onda bizdə yoxsulların xüsusi çəkisi 5 faiz idi. Dünya Bankı bunu kritik yoxsullar hesab edirdi. Bu, 500 min adamın altında idi. 450 min nəfərdən bir az artıq idi. Bunlar ünvanlı sosial yardım ilə təmin olunurdular. İndi biz 155 manata qaldıran kimi, həmin yoxsulluq həddinə çatan insanların payı gəlib 16 faizdən yuxarı qalxır", — deputat bildirib.

Onun sözlərinə görə, bu göstərici, təqribən 1 milyondan çox adamın əlavə olunması deməkdir: "1,6 milyon adamı ünvanlı sosial yardım ilə təmin etmək artıq mümkün deyil. Ona görə də belə bir məsələni əlavə təhlillər aparmağa ehtiyac var. Təhlillər aparılsın, əlavə təkliflər hazırlansın".

Millət vəkili bildirib ki, nə qədər əlavə ünvanlı sosial yardım verilsə də, yenə də o yoxsulların bir hissəsinin problemi açıq qalacaq: "2016-cı ildə gəlirlərin 5 faiz, 2017-ci ildə isə 3,1 faiz aşağı düşməsi planlaşdırılır. Amma işığın və qazın qiyməti qalxandan sonra əhalinin gəlirləri 3,1 faiz yox, bundan bir neçə qat çox aşağı düşəcək".

"Belə bir şəraitdə həmin yoxsullaşmış əhalinin sosial müdafiəsini təmin etmək üçün işıq və qazdan gələn 300 milyon manat kifayət etməyəcək. Əlavə vəsaitin tapılması üçün struktura yenidən baxmaq lazımdır. Büdcə xərclərinin 4 manatından yalnız 1 manatı əməyin ödənilməsinə gedir. Hesab edirəm ki, burada struktura yenidən baxmaq lazımdır", — Ə. Məsimli vurğulayıb.

Xəbər lenti
0