BAKI, 6 dek — Sputnik. Yaponiyada alimlər, insanlarda qeyri-adi qan qrupunun meydana gəldiyini bəyan ediblər. Sputnik xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislər yeni qan qruplarının əvvəllər qruplaşdırılmış I, II, III və IV qan qruplarına uyğun gəlmədiyini müəyyənləşdiriblər. Yeni aşkarlanan iki qan qrupu Junior və Langereis adlarını alıb.
Tədqiqatçılar bu yeni qan qruplarının Fukusima atom elektrik stansiyasında baş verən qəzanın nəticəsi olaraq radiasiya fonundakı dəyişikliklərin baş verməsi səbəbindən meydana gəldiyini düşünürlər. Bu, hələlik sadəcə versiyalardan biridir.
Alimlər hələ ki, qan qruplarının dəyişməsi ilə nəticələnən bu mutasiyanın dəqiq səbəbini təyin edə bilməyiblər. Mütəxəssislər hesab edirlər ki, gələcəkdə insanlarda bir neçə qan qrupu əmələ gələcək. Tədqiqatların nəticəsinə görə, qarşıdakı dövr ərzində daha 15 qan qrupu yaranacaq.
Yapon alimləri insanların orqanizmində mutasiyanın baş verdiyi barədə müşahidələrini də bölüşüblər. Onların fikrincə, qan qruplarının mutasiyaya uğraması planetimizdə mutant insanların yaranmasının bariz əlamətidir.