BAKI, 6 dek — Sputnik. Türkiyəni UEFA Çempionlar liqasında təmsil edən Beşikdaş futbol klubu, bu axşam qrupdakı sonuncu oyununa çıxacaq. Növbəti mərhələyə keçmə şansını qorumaq üçün ən az 1 xala ehtiyacı olan Beşiktaşın işi elə də asan olmayacaq.
Çünki Ukraynada, əsas da paytaxt Kiyevdəki havanın temperaturu İstanbuldan nə az-nə çox, 19 dərəcə fərqlidir. Belə ki, futbolçular Kiyevə tərpənən zaman İstanbulda havanın temperaturu müsbət 9 dərəcə olduğu halda, Ukraynada təyyarədən endikləri zaman tamam fərqli atmosferə düşüblər.
Sputnik Türkiyə KİV-nə istinadən bildirir ki, hazırda —9 dərəcə olan temperaturun, oyun başlayan zaman —12 dərəcə olacağı gözlənilir.