Diqqət: ölkə ərazisindəki faktiki hava şəraiti açıqlandı

© Sputnik / Murad OrujovBakıda qar
Bakıda qar - Sputnik Azərbaycan
Abunə olmaq
Hava şəraiti qeyri-sabit olub, yağış, bəzi yerlərdə sulu qar, qar yağıb, ayrı-ayrı yerlərdə intensiv olub

BAKI, 6 dek — Sputnik. Dekabrın 5-i günün ikinci yarısından 6-sı səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, yağış, bəzi yerlərdə sulu qar, qar yağıb, ayrı-ayrı yerlərdə intensiv olub. Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, şimal-qərb küləyi əsib, bəzi rayonlarda, Bakıda və Abşeron yarımadasında güclənib.

Qaxda qar - Sputnik Azərbaycan
Hava yenidən dəyişir: qar yağacaq, covğun olacaq

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 2-6, Böyük Qafqazda 2-31, Kiçik Qafqazda 5-19, Lənkəran-Astara zonasında 1-10, Qazax-Gəncə zonasında 1-2, Mərkəzi Aran rayonlarında 1-9, Naxçıvan MR-da 1-4 mm təşkil edib.

Qar örtüyünün hündürlüyü Qubada 20, Qubanın dağlıq ərazilərində 2-20, Xınalıqda 13, Daşkəsən, Göygöl, Altıağacda 10, Sarıbaşda 8, İsmayıllıda 7, Şahbuzda 5, Qəbələdə 4, Lerik, Rvarud, Ordubadda 3, Şamaxıda 2, Ağdərə, Mərəzə, Şabran, Kişçayda 1 sm olub.

Xəbər lenti
0