Hava yenidən dəyişir: qar yağacaq, covğun olacaq

© Sputnik / Shahperi AbbasovaQaxda qar
Qaxda qar - Sputnik Azərbaycan
Abunə olmaq
Dekabrın 6-8-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, güclü küləkli və rütubətli hava şəraiti əksər insanlar üçün əsasən əlverişsizdir

BAKI, 5 dek — Sputnik. Bakıda və Abşeron yarımadasında dekabrın 6-da arabir yağış yağacağı gözlənilir. Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, yarımadanın bəzi yerlərində sulu qar, qar yağacaq, şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Şəkidə vaxtsız yağan qar - Sputnik Azərbaycan
CƏMİYYƏT
Hava şəraiti kəskin dəyişəcək

Havanın temperaturu Abşeron yarımadasında gecə 0-3, gündüz 3-5, Bakıda gecə 1-3, gündüz 3-5 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında dekabrın 6-da hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-3, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə: Dekabrın 6-8-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, güclü küləkli və rütubətli hava şəraiti əksər insanlar üçün əsasən əlverişsizdir.

Xəbər lenti
0