Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Spiker büdcədəki gözlənilən dəyişikliklərdən danışdı

© Sputnik / Murad OrujovParlamentin iclası
Parlamentin iclası - Sputnik Azərbaycan
Abunə olmaq
Oqtay Əsədov: "Dünyanın əksər ölkələrinin iqtisadiyyatında mənfi tendensiyalar, makroiqtisadi problemlər Azərbaycan iqtisadiyyatına da təsir edib"

BAKI, 6 dek — Sputnik. "Ötən dövrdə dünyada neftin qiymətində dəyişikliklərin müşahidə edilməsi, neftin qiymətinin aşağı düşməsi nəticəsində büdcə dəyişikliklərinə zərurət yaranıb".

Milli Məclis - Sputnik Azərbaycan
Plenar iclasda büdcə müzakirələri başladı

Sputnik xəbər verir ki, bunu Milli Məclisin sədir Oqtay Əsədov, plenar iclasın açılışı zamanı deyib. O, qeyd edib ki, Azərbaycan iqtisadiyyatı öz dayanıqlığını qoruyub saxlayıb: "İqtisadi artımın əsas amili neftdən asılılığı tədricən azaltmaq, qeyri-neft sektorunu inkişaf etdirməkdir. Büdcənin sosial yönümlülüyü saxlanılıb".

"Ölkənin müdafiə qüdrəti üçün büdcədən lazımi qədər vəsait ayrılıb. 2017-ci büdcə zərfinə daxil olan sənədlər birgə komitə iclaslarında geniş müzakirə olunub", — spiker bildirib.

O. Əsədovun sözlərinə görə, əsas prioritet qeyri-neft sektorundan daxilolmaların artırılmasıdır: "Dövlət Neft Fondundan transfertin azalması olacaq və bu proses gələcək də davam edəcək. Dünyanın əksər ölkələrinin iqtisadiyyatında mənfi tendensiyalar, makroiqtisadi problemlər Azərbaycan iqtisadiyyatına da təsir edib".

Qeyd edək ki, bu günkü iclasda baş nazir Artur Rasizadə və hökumət üzvləri də iştirak edirlər.

Xəbər lenti
0