BAKI, 6 dek — Sputnik. Milli Məclisin növbəti plenar iclası başlayıb. Sputnik xəbər verir ki, iclasın gündəliyində 6 məsələ var.
İclasda "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında", "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələri müzakirəyə çıxarılacaq. Həmçinin, Milli Məclisin 2017-ci il üçün xərclər smetasına, Hesablama Palatasının 2017-ci il üçün xərclər smetasına baxılacaq.
Qeyd edək ki, gündəlikdə duran məsələlərin müzakirəsi Milli Məclisin dekabrın 7-də, 8-də keçirəcəyi plenar iclaslarda da davam etdiriləcək.