Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Komitə sədri: "Vəziyyət narahatlıq doğurur"

© Sputnik / Murad OrujovZiyad Səmədzadə
Ziyad Səmədzadə - Sputnik Azərbaycan
Abunə olmaq
Ziyad Səmədzadə: "İnvestisiyalar üçün də kifayət qədər vəsait ayrılmalıdır"

BAKI, 6 dek — Sputnik. "Müasir dövrdə qlobal iqtisadiyyatda baş verən sarsıntıların artdığı və onun müəyyən dərəcədə Azərbaycana təsiri şəraitində dövlət, milli mənafeyin qorunmasına xidmət edən siyasət aparır".

Parlamentin iclası - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Spiker büdcədəki gözlənilən dəyişikliklərdən danışdı

Sputnik xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib. Komitə sədri bildirib ki, son illərdə ölkədə dövlət büdcəsinin təkmilləşdirilməsi istiqamətində xeyli işlər görülür.

"Məhz, bu işlərin görülməsi nəticəsində Azərbaycanın inkişafında büdcənin rolu artıb, irimiqyaslı, dünya əhəmiyyətli sosial-iqtisadi proqramlar həyata keçirilib. Azərbaycanın apardığı büdcə siyasəti beynəlxalq təşkilatlar tərəfindən müsbət qarşılanır", — Z. Səmədzadə qeyd edib.

Onun sözlərinə görə, 2017-ci ilin dövlət büdcəsində heç bir sosial layihə ixtisar olunmayıb: "İnvestisiyalar üçün də kifayət qədər vəsait ayrılmalıdır. Məktəblərin tikintisi nəzərdə tutulur, çünki hələ də qəzalı məktəblər var. İqtisadi fəallığın azaldılmasını nəzərə alıb təkcə dövlət deyil, özəl sektorun hesabına tikintinin canlandırılmasına nail olmalıyıq. Hazırda tikintidə çalışanların sayı 300 min nəfərdir".

"Ölkəyə indiyədək 200 mlrd. manatdan çox investisiya gəlib, son 2 ildəki vəziyyət isə narahatlıq doğurur. 700 mln. manatdan çox kredit verilib ki, bu da ÜDM-in cəmi 1 %-ni təşkil edir", — deputat vurğulayıb.

O, əlavə edib ki, yaxın gələcəkdə metallurgiya kompleksinin tikintisi nəzərdə tutulur: "Yüngül sənayenin xüsusu çəkisi hazırda cəmi 3%-dir. Bu müəssisələr sürətlə tikilməlidir ki, normal sənaye struktruruna malik olaq".

Xəbər lenti
0