Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Bəzi səfirliklərimiz maddi imkansızlıqdan bağlana bilər

© Photo : TRENDFəzail Ağamalı, millət vəkili
Fəzail Ağamalı, millət vəkili - Sputnik Azərbaycan
Abunə olmaq
Millət vəkili: "2017-ci ilin büdcəsində mənzil-kommunal təsərrüfat sisteminə 302 milyon manat, Xarici İşlər Nazirliyinə isə 220 milyon vəsait ayrılıb"

BAKI, 6 dek — Sputnik. "Dünyada iqtisadi böhran dərinləşməsinə baxmayaraq, Azərbaycanın bu böhrandan çıxmağa potensialı var. 2018-ci ildə vəziyyət bir qədər də yaxşılaşacaq".

Pul - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Azərbaycanda pul kütləsi yarıbayarı azalıb

Sputnik xəbər verir ki, bunu millət vəkili Fəzail Ağamalı parlamentdə keçirilən plenar iclas zamanı deyib. Millət vəkili bildirib ki, 2017-ci ilin dövlət büdcəsindən kənd təsərrüfatına 35 milyon manat nəzərdə tutulub. Lakin, bu məbləğ kreditləşmə üçün azdır.

"Ölkədə bank sistemi iflic vəziyyətdədir, onların sahibkarlara kredit vermək imkanları yoxdur. Belə olan halda bu sahəyə ayrılan vəsait artırıla bilər", — deputat qeyd edib.

O bildirib ki, Azərbaycanın xarici ölkələrdə olan səfirliklərindən bir neçəsi bağlanmaq təhlükəsi ilə üzləşib: "2017-ci ilin büdcəsində mənzil-kommunal təsərrüfat sisteminə 302 milyon manat, Xarici İşlər Nazirliyinə isə 220 milyon vəsait ayrılıb. Mənzil-kommunal təsərrüfat sahəsi vacibdir, yoxsa bizim beynəlxalq fəaliyyətimizin önə çıxması? Bütün bunlar nəzərə alınmalıdır".

"Təkrar strukturların ləğv olunması və ya birləşdirilməsi ilə əldə olunan vəsait büdcəyə yönəldilməlidir", — millət vəkili vurğulayıb.

Xəbər lenti
0