Katolik kilsəsinin 2 min illik sirri açıldı

© Sputnik / Vitaly Belousov / Mediabanka keçidQüds, arxiv şəkli
Qüds, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Xristian dünyası onun cəsədinin tapılmasını istəmir

BAKI, 5 dek — Sputnik. 4-cü əsrdə Roma imperatoru Konstantinin hakimiyyəti dövründə Qüdsdə tapılmış məzarın, məhz İsa Məsihə məxsus olduğuna kimsə şübhə etmir. Sputnik xarici mətbuata istinadən xəbər verir ki, elm adamları 16-cı əsrdə ilk dəfə olaraq İsa Məsihin qəbri üzərində olan mərmər plitəni qaldıraraq, onun məzarının necə olduğuna, yaxud ona məxsus qalıqların qalıb-qalmadığına baxmaq istəyiblər.

Həzrəti İsaya aid olduğu iddia olunan məzar - Sputnik Azərbaycan
İki milyard insan bu qəbirdən nə çıxacağını gözləyirdi və...

Mütəxəssislərin sözünə görə, 1555-ci ildə qəbrin üstünə qoyulmuş mərmər plitənin altında çoxlu miqdarda daş materiallar olub. Onların altında isə daha bir xaç formasında plitə tapılıb ki, arxeoloqların fikrincə, onu xaçlılar düzəldiblər.

İkinci plitənin mövcud olduğu daha əvvəl elmə məlum deyildi. Hazırda alimlər müəyyən etməyə çalışırlar ki, 4-cü əsrdə bu qəbir tapılarkən Roma imperatoru Konstantinin anası Yelena niyə onun, məhz İsanın dəfn edildiyi yer olduğunu bildirib və İsanın cəsədi olan qat qəbrin harasındadır.

"İsa Məsih qeybə çəkilməyib, onun cəsədi dəfn olunub. Əgər o, qeybə çəkilibsə, niyə onun məzarının üstü ağır mərmər sütunlarla bərkidilib? Çox güman ki, onun əleyhdarları onun qeybə çəkiləcəyi barədə şayiələrə uyaraq, onu yerin dərin qatlarında dəfn ediblər və üzərini ağır mərmərlərlə basdırıblar ki, çıxa bilməsin. Və, güman ki, bu barədə Roma kilsəsində yazılı məlumatlar olub", — deyə Qüdsdəki antik qəbirlərin tədqiqi ilə məşğul olan Codi Maqness bildirib.

Onun sözlərinə görə, Roma kilsəsi isə, İsa Məsihin qeybə çəkildiyi barədə əfsanələri müdafiə etdiyi üçün, əsl həqiqəti camaatdan gizli saxlamaq qərarına gəlib: "O səbəbdən də Yelena qəbrin üzərində daha bir ağır mərmər parçası qoymağı əmr edib. Ola bilsin ki, məzarda cəsədin qalıqları tapılmayacaq. Amma istənilən halda, xristian kilsəsi İsanın cəsədi barədə həqiqətin üzə çıxmasında maraqlı deyil".

Maqness daha əvvəl bildirmişdi ki, Qüdsdə üzəri ağır mərmər plitələr və daşlarla bərkidilmiş qəbirlər çoxdur. İndi hamıya maraqlı gələn odur ki, imperator Konstantinin ailəsi niyə, məhz sözügedən qəbri işarələyib və onun İsa Məsihə aid olduğunu bəyan edib.

Xəbər lenti
0