Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Dundar Hesaplı: Bu idman növündə də azərbaycanlılar uğur qazanacaqlar

© Sputnik / Murad OrujovЗимняя тренировка Федерации парусного спорта Азербайджана
Зимняя тренировка Федерации парусного спорта Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
Natiq Muxtarlı: Yelkənli qayıq idman növünün inkişafı üçün ölkəmizdə hər cür şərait mövcuddur.

BAKI, 4 dek — Sputnik. Ölkəmizdə demək olar ki, bütün olimpiya idman növləri mövcuddur. Bu idman növlərindən biri də yelkənli qayıqdır. Yeni yaranmasına baxmayaraq sürətlə inkişaf edən Azərbaycan Yelkənli Qayıq İdmanı Federasiyası qısa zaman kəsiyində bir çox layihələr həyata keçirib. Məqsəd isə Azərbaycanı qarşıda gələn olimpiadalarda bu idman növündə təmsil etmək və uğurlu nəticələr qazanmaqdır. Adını çəkdiyimiz idman növü özündə həm gözəlliyi, həm də ekstremallığı birləşdirir. Nəzərə alsaq ki, Azərbaycan Xəzər dənizi sahilində yerləşir, bu yelkənli qayıq idman növünün ölkədə sürətlə inkişaf etməsinə şərait yaradacaq. İdman eksperti Natiq Muxtarlı da Sputnik-ə müsahibəsində yelkənli qayıq idman növünün Azərbaycanda inkişafı və gələcək perspektivlərindən danışıb.  

İdman eksperti bildirib ki, bu idman növünün inkişafı üçün ölkəmizdə hər cür şərait mövcuddur. 

"Yelkənli  qayıq  sürmənin Azərbaycanda ənənəsi olmayıb.  Keçmiş SSRİ vaxtında bu idman növünün əsasən Pribaltika respublikalarında inkişaf etdirilməsinə şərait yaradılıb. Ancaq, Azərbaycanda da bu idman növünün inkişafı üçün şərait mövcuddur. Bir ölkənin dənizi varsa, orda yelkənli qayıq sürmənin inkişaf perspektivi də olmalıdır. Azərbaycanlı gənclərin bu idman növünə maraq göstərəcəyi də realdır. Çünki, bu idman növünün məğzində ekstremal situasiyalar dayanır. Yəni, adrenalinin bol olduğu idman növüdür. Azərbaycanlı gənclərin isə adrenalin həvəskarı olduqları hər kəsə bəllidir. Sadəcə, bu idman növünü inkişaf etdirmək üçün idman bazaları yaradılmalıdır, gənclər ora cəlb edilməlidir. Xüsusilə onu da qeyd etməliyəm ki, şərait imkan verir ki, bu idman növünü təkcə Bakıda yox, ölkənin digər bölgələrində də inkişaf  etdirmək mümkün olsun".

Ekspertin sözlərinə görə, yelkənli qayıqsürmə idman növünü nəinki paytaxt Bakıda eyni zamanda Sumqayıtda, Nabranda, Lənkəranda da inkişaf etdirmək olar. 

İtaliyada fəaliyyət göstərən İtaliya-Azərbaycan dostluq dərnəyinin rəhbəri, İtaliya idman yazarları dərnəyinin idarə heyətinin rəhbəri Dundar Hesaplı Azərbaycanın digər idman növləri kimi  bu sahədə  də uğur qazanacağını dilə gətirib:  "Azərbaycan bu idman növünə yeni başlayıb. Əminəm ki, Burcu Algonun təcrübəsi sayəsində tezliklə komanda formalaşacaq və hətta tez bir zamanda olimpiadada Azərbaycan təmsil olunacaq.  Azərbaycanlılar dənizi, suyu çox sevir. İnanıram ki, Azərbaycan da qısa zaman kəsiyində həmin bu idman növündə öndə olan ölkələr sırasında olacaq.  Bunu ona görə qeyd edirəm ki, son zamanlar idman yarışlarında azərbaycanlılar çox gözəl çıxış edir. Əsas da Azərbaycanda idmana diqqət və qayğı var. Buna misal olaraq, Birinci Avropa oyunlarını, Formula-1 yarışlarını göstərmək olar. Əminəm ki, bu idman növündə də gənclər yetişəcək və uğur qazanacaqlar".

Məqalə Azərbaycan Yelkənli İdman Federasiyasının elan etdiyi müsabiqə üçün yazılıb.

Xəbər lenti
0