Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Tarixdə türklərin Avropa ilə əlaqələri

© Photo : PUBLIC DOMAINÇanaqqa döyüşü, arxiv şəkli
Çanaqqa döyüşü, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Hegemon imperiyanın qurulması və davamlı olaraq qərbə doğru genişlənmə siyasəti güdülməsi avropalıların təfəkküründə fərqli bir Türk imici meydana gətirib.

BAKI, 3 dek – Sputnik. Türklərin Orta Asiyadan çıxaraq, təxminən 1000-ci illərin əvvəlində Anadoluya çatması, sonra 1453-cü ildə Bizansı yıxaraq İstanbulu fəth etməsi, bir dünya imperatorluğu qurması, türklərin Avropa ilə olan əlaqələrində əhəmiyyətli bir dönüş nöqtəsidir.

Avropa ilə tanışlıq ilk olaraq cəbhələrdə yaranıb. Hegemon imperiyanın qurulması və davamlı olaraq qərbə doğru genişlənmə siyasəti güdülməsi avropalıların təfəkküründə fərqli bir Türk imici meydana gətirib. Bu imic köhnə qitə insanını narahat etməklə birlikdə, bəzən qorxu, bəzən isə maraq və heyranlıq formasında günümüzə qədər gəlib çıxıb. Bu konteksdə deyə bilərik ki, Avropada türkləri yaxşı tanıyır və bilirlər.

Türklərin şərq qapılarını bağlaması ilə birlikdə avropalılar ərazi cəhətdən şərqə genişlənə bilməmiş və əzablı da olsa başqa yerlər axtarmağa məcbur olmuşdur. 

Lakin nəticədə Avropa uzun əsrlər sonra əldə etdikləri ilə güclənərək inkişaf etdi. Amma türklərlə olan qarşıdurma abı-havasından heç vaxt imtina etmədilər. Çünki onların yaddaşındakı fərqli türk imici hələ də qalmaqda idi.

Əsrlər boyu türkləri "Barbar, Müsəlman, Şərqli" olaraq xarakterizə etdilər. Ancaq bu düşüncə tərzi, Osmanlı İmperiyası ilə siyasi, ictimai və mədəni əlaqələr içində olan dövlətlərdə dəyişməyə başladı. 

Tanışlıq və əlaqələrdə yaxınlaşma bir çox sahədə davam etdi. 1808-ci ildə padşahın səlahiyyətlərini məhdudlaşdıran “Sənəd-i İttifaq”, 1839-cu ildə “Tənzimat Fərmanı”, 1856-ci ildə “İslahat Fərmanı” kimi qəbul edilən qanunlar bu yaxınlaşmanı təmin edən önəmli addımlar idi. Qısacası Osmanlının son dövrlərində Avropa ilə əlaqələrin istiləşməsi adına bir çox əhəmiyyətli dəyişikliklər edildi.

Türkiyə Respublikasının qurulması qərbliləşmə müddətini daha da sürətləndirdi. Ticarət Qanunu, Cəza Qanunu, Ailə Hüquq, Dünyəvilik kimi bir sıra yeniliklər qərbdən gətirildi. İkinci Dünya müharibəsindən sonra da Türkiyə beynəlxalq əlaqələrində və təşkilatlanma prosesində həmişə Avropanın yanında yer aldı. 1948-ci ildə OECD, 1949-ci ildə Avropa Şurası, 1952-ci ildə NATO üzvlüyünə qəbul edildi. Yəni Türkiyə, Avropanın inteqrasiya olunması məqsədi ilə yaradılan təşkilatların dərhal hamısının içində yer almaq istəyib.

Türk millətinin Qərbə tərəf meyli, Avropa qitəsində torpaqların tutulmasından, Balkan ölkələri ilə əsrlərə söykənən qonşuluq əlaqələrindən və ticarət kimi faktorlara görə həmişə davam edib. İndinin özündə də idxal və ixracın böyük bir əksəriyyəti yenə Avropa ilə aparılır.

Görünən odur ki, türklərin Avropa ilə münasibətlərində İslam dininə mənsubiyyət, fərqli bir mədəniyyətə sahib olmaları və coğrafi mövqeləri qarşılarına mane olaraq çıxarılsa da, inteqrasiya yolunda keçmişdən gələn siyasət hələ də davam etdirilir. Lakin “Türk imici” fonunda Avropa ilə qarşılıqlı çəkişmələr mövzu olaraq qalmaqdadır.  

Xəbər lenti
0