CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazir: "İşıq və qazın qiyməti ilə bağlı kvota qaldırıla bilməz"

CC0 / GregMontani / lightElektrik lampası, arxiv şəkli
Elektrik lampası, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Samir Şərifov: "Kommunal xidmətlərin yüksək və keyfiyyətli göstərilməsi üçün, "Azərişıq" və "Azəriqaz"ın maliyyə durumu yaxşı olmalıdır"

BAKI, 2 dek — Sputnik. "Tarif Şurasının qərarında əsas prinsip aşağı qiymətlərdən bütün təbəqələrin istifadə etməsi ilə bağlıdır. İmkanlı şəxslər limitdən artıq qaz və elektrik enerjisi istehlakına görə yeni tariflər üzrə ödəniş etməlidir. Əhali arasında imkanlı adamlar da var. Kvota artırılsa, belə çıxır ki, həmin adamlar da aşağı qiymətlərdən də istifadə edəcəklər".

Qaz plitəsi, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Qaz və işığın qiymətinin qaldırılması ilə bağlı yeni təklif verildi

Sputnik xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov, parlamentdə büdcə müzakirələri zamanı deyib. Nazir bildirib ki, Tarif Şurasının qərarında əks olunduğu kimi, varlı adamlar daha çox qaz və elektrik enerjisi istehlak edirlər.

"Əhalinin aztəminatlı təbəqəsinə gəlincə, nazir qeyd edib ki, artımın əhalinin sosial müdafiəyə ehtiyacı olan həssas təbəqəsinə təsirini azaltmaq üçün ünvanlı sosial yardım məbləğinin artırılması nəzərdə tutulur. Tarif Şurasının yeni qərarı ilə artan daxilolmaların əksər hissəsi ünvanlı sosial yardımların artırılmasına yönəldiləcək", — S. Şərifov qeyd edib.

O, hesab edir ki, bu yanaşma düzgündür: "Çünki tarif islahatının aparılması ilə əlaqədar əhalinin sosial cəhətdən həssas qruplarının müdafiəsi xüsusi önəm daşıyır. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, kommunal xidmətlərin yüksək və keyfiyyətli göstərilməsi üçün bu qurumların maliyyə durumu yaxşı olmalıdır. "Azərişıq" və "Azəriqaz"ın gəlirləri isə topladığı haqlardan asılıdır", — maliyyə naziri vurğulayıb.

Xəbər lenti
0