CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Komitə sədrindən dotasiyaların kəsilməsinə sərt etiraz

© Photo : TRENDArif Rəhimzadə
Arif Rəhimzadə - Sputnik Azərbaycan
Abunə olmaq
Arif Rəhimzadə: "Kənd bələdiyyələri tərəfindən Maliyyə Nazirliyinə layihə verilib, amma biri də qəbul olunmayıb"

BAKI, 2 dek — Sputnik. "Büdcədə təmsil olunan 66 rayon və şəhərdən 34-ü özünün maliyyələşməsinə keçib. Yəni, onlara dotasiya verilməsi nəzərdə tutulmur".

Maliyyə hesabatı - Sputnik Azərbaycan
İQTİSADİYYAT
İcra başçıları böyük maliyyə ayırmalarından kənarlaşdırılır

Sputnik xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, parlamentdə birgə komitələrin büdcə müzakirələri zamanı deyib. Komitə sədri deyib: "Gərək qabaqcadan müəyyənləşdirilərdi ki, bunların hansı əlavə vergi mənbələri olacaq. Yoxsa avtomatik bu xərcləri çıxıb deyəsən ki, özün-özünü maliyyələşdirirsən, bu, düzgün hal deyil".

"Bu cür hal strateji xəttimizə zidd olan məsələdir. Biz səlahiyyətləri yerlərə verməliyik. Hər şeyi mərkəzə gətirmək düz deyil. Məgər yerdəkilərin ağlı buna çatmır, yoxsa səhlənkarlıq edirlər? Səhlənkarlıq edirlərsə, tələb etməliyik, bacarmırlarsa, işdən çıxarılsınlar", — Komitə sədri bildirib.

"Məsələn, götürək Neftçala rayonunu. Heç bir gəlir mənbəyi artmayıb. Ancaq bu il büdcəyə 1 milyon manatdan çox vəsait əlavə etməlidir. Nəyin hesabına? Rayonun ərazisində yod-brom zavodu var, neft hasil edən bir təşkilat var və s. Bunların heç olmazsa, bir hissəsini pillə-pillə elə edək ki, pullar bunların yerli büdcələrinə gəlsin. Bu məsələlər həll olunmayan halda hesab edirəm ki, biz özümüz-özümüzü aldadırıq", — A. Rəhimzadə əlavə edib.

Deputat daha sonra deyib: "Mədəniyyət sahəsinə 8 milyon manat, bütün ölkəni əhatə edən yerli özünü idarəetmə orqanına 5,2 milyon manat dotasiya verilir. Bu il 70-ə qədər, yalnız kənd bələdiyyələri tərəfindən Maliyyə Nazirliyinə layihə verilib, amma biri də qəbul olunmayıb. Nəyə görə? Onlara məktub yazılıb ki, maliyyə imkanları məhduddur, sonrakı illərdə baxarıq. Sovet dövründə kolxoz və sovxozlar var idi. Kənd yerlərində bütün məsələləri onlar həll edirdi. İndi bu qurum yoxdur. Bunlar da hamısı bələdiyyələrin üzərindədir".

Xəbər lenti
0