BAKI, 2 dek — Sputnik. "Gələn il dövlət büdcəsindən bədən tərbiyəsi və idman sahəsinə 34 milyon manat vəsait ayrılacaq və bu, ötən ildəkindən çoxdur".
Sputnik xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov, parlamentdə birgə komitələrin büdcə müzakirələri zamanı deyib. Nazir bildirib ki, 2017-ci ildə idman komplekslərinin saxlanılmasına 6,4 milyon manat vəsait ayrılacaq.
"Gələn il Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) fəaliyyətinin maliyyə təminatı üçün dövlət büdcəsindən 1,9 milyon manat vəsait ayrılacaq. Büdcədən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna gələn il üçün 1 milyon manat vəsait ayrılacaq", — Şərifov əlavə edib.