Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Bu idmançı karyerasına son qoydu

© Sputnik / Murad OrujovAvropa Qran-prisinin qalibi Niko Rosberq (sağdan ikinci)
Avropa Qran-prisinin qalibi Niko Rosberq (sağdan ikinci) - Sputnik Azərbaycan
Abunə olmaq
Niko Rosberq: çempion olacağım təqdirdə karyeramı bitirmək barədə düşünməyə başlamışdım.

BAKI, 2 dek — Sputnik. Formula 1 2016-cı ilin mövsüm yekun nəticələrinə görə çempion olan pilot Niko Rosberq fanatlarını şoka salıb. Sputnik F-1.az-a istinadən xəbər verir ki, Niko bir neçə dəqiqə əvvəl Formula-1 karyerasını bitirdiyini açıqlayıb və buna əsas səbəb kimi ailəsinə daha çox vaxt ayırmaq istəməsini göstərib.

Niko Rosberq: “Mən 25 illik yarış karyeramın sonunda nəhayət ki, ən böyük xəyalımı reallaşdırdım – Formula-1 üzrə dünya çempionu oldum. Buna çox işləyərək, çox çətinliklər görərək nail oldum. Mən istədiyim zirvəyə çatdım. Mənə bu yolda dəstək olan hər kəsə çox təşəkkür edirəm. Mən demişdim ki, bu mövsüm çətin olacaq.

İki çətin mövsümdən sonra bu il hər trasda, hər döngədə daha diqqətli və sürətli oldum. Ailəm də mənə çox mənəvi dəstək verdi. Xüsusilə də həyat yoldaşım Viviana təşəkkür edirəm və ona minnətdarlığımı bildirmək üçün söz tapa bilmirəm. O da başa düşürdü ki, bu mövsüm çempion ola bilməyim üçün ən real şansın olduğu mövsüm idi. O, hər yarışdan əvvəl və sonra mənə əlavə motivasiya verirdi. 

Formula 1 yarışı - Sputnik Azərbaycan
Bakıda keçiriləcək Formula 1 yarışının adı dəyişdirildi

Suzukada qalib gələndə başa düşmüşdüm ki, titul artıq əlimdədir. O andan sonra üzərimdəki təzyiq artdı və çempion olacağım təqdirdə karyeramı bitirmək barədə düşünməyə başladım. Əbu Dabidə bilirdim ki, bu, mənim sonuncu yarışım ola bilər və yarışdan həzz almağa çalışdım. İşıqlar söndü və həyatımın ən həyəcanlı 55 dövrəsi başladı. Altıncı gün qərarımı vermişdim və bunu ilk olaraq Viviana, Corca və Totoya bildirmişdim.

Mənim qərarım komandanı çətin vəziyyətdə qoysa da, Toto bunu anlayışla qarşıladı. Qürur doyuram ki, “Gümüş oxlar”-la dünya çempionu oldum”. Bundan sonra məni yarışsız bir həyat gözləyir…”

Xəbər lenti
0