Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

İcbari tibbi sığortaya, tam olaraq keçiləcəyi tarix açıqlandı

© Sputnik / Irade JELILGöygöl Mərkəzi Xəstəxanası
Göygöl Mərkəzi Xəstəxanası - Sputnik Azərbaycan
Abunə olmaq
Millət vəkili: "İcbari tibbi sığortanın maliyyələşməsi ilə bağlı kifayət qədər mənbələr var"

BAKI, 1 dek — Sputnik. "2018-ci ildə nə qədər çətin olsa da, bütövlükdə icbari tibbi sığortaya keçəcəyik və bu sistemi tətbiq edə biləcəyik. Hansı ölkə tibb sahəsində nailiyyətlər əldə edibsə, ancaq icbari tibbi sığortanın hesabına əldə edib".

Кареты скорой помощи во дворе одной из региональных больниц, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Mingəçevir və Yevlaxda icbari tibbi sığorta tətbiq ediləcək

Sputnik xəbər verir ki, bunu, parlamentdə Əmək və sosial siyasət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri və Mədəniyyət komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

O, bildirib ki, nə qədər tez icbari tibbi sığortaya keçilsə, ölkəmizdə səhiyyənin və tibbi xidmətin səviyyəsi yüksəlməyə başlayacaq: "İcbari tibbi sığortanın tətbiqi ilə bağlı bütün məsuliyyəti dövlətin üzərinə atmaq olmaz. Dövlət ancaq aztəminatlı təbəqənin maliyyələşdirməsini öz üzərinə götürməlidir. İcbari tibbi sığortanın maliyyələşməsi ilə bağlı kifayət qədər mənbələr var".

Xəbər lenti
0