BAKI, 29 noy — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.
Sputnik-in məlumatına görə, Maliyyə Nazirliyinə pilot layihənin həyata keçirilməsi üçün 2016-cı il dövlət büdcəsinin səhiyyə sahəsində islahatlar üçün nəzərdə tutulmuş 10 milyon manat vəsaitin 10 gün müddətində Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ayrılmasını təmin etmək, habelə 2017-ci il üçün dövlət büdcəsinin səhiyyə sahəsinə aid olan digər tədbirlər üçün nəzərdə tutulmuş 20 milyon manat vəsaitin dövlət büdcəsi təsdiq olunduqdan sonra 2017-ci ilin yanvar ayı ərzində Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ayrılmasını təmin etmək tapşırılıb.