2 dekabr, saat 12:00-da, "MDB məkanındakı məhdud imkanlı şəxslərin problemlərinin həlli" mövzusunda Bakı-Tbilisi-Minsk-Astana-Kişinyov videokörpüsü olacaq. Tədbir BMT-nin təşəbbüsü ilə, 3 dekabrda qeyd olunan Beynəlxalq Əlillər Günü münasibəti ilə keçirilir.
Tədbir iştirakçıları
Bakıda: Azərbaycan Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli
Minskdə: "Belarus gözdən əlillər cəmiyyəti" İctimai Birliyinin Mərkəzi İdarə heyəti sədrinin müavini Mixail Antonenko
Astanada: "Əlillərin Müstəqil Həyat DOS Mərkəzi" İctimai Birliyinin rəhbəri, Astana akiminin əlillərin işləri üzrə məsləhətçisi Dina Yerdildinova
Kişinyovda: BMT-nin insan hüquqları üzrə İctimaiyyətlə əlaqələr İdarəsinin meneceri Kseniya Semençuk
Tbilisidə: Gürcüstan Korları Cəmiyyətinin nümayəndəsi
Əlaqə üçün
Telefonlar: 404-13-84/85
E-mail: i.velizade@rian.ru
Tədbir Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzində, Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 M, 4-cü mərtəbə ünvanında keçiriləcək.