Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Hökumətin manatla bağlı planı bəlli oldu

© Sputnik / Murad OrujovКупюры достоинством в 100 манатов
Купюры достоинством в 100 манатов - Sputnik Azərbaycan
Abunə olmaq
Baş bankir manatın taleyindən danışdı: "Bazara müdaxilə etmirik"

BAKI, 30 noy — Sputnik. "2017-ci ilin büdcəsi, büdcə vergi siyasəti, o cümlədən bütövlükdə makroiqtisadi siyasət çərçivəsi müqayisə olunan dərəcədə mürəkkəb bir şəraitdə formalaşıb".

Пачки азербайджанских манатов, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Gələn il üçün əməkhaqlarımız bəlli oldu

Sputnik xəbər verir ki, bunu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında, 2017-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

O, ölkədə Maliyyə Sabitliyi Şurasının yaradıldığını qeyd edib: "Bu Şurada olduqca ciddi iş, müzakirələr gedir. Şurada gedən müzakirələr makroiqtisadi sabitliyin təmin olunması, struktur və sosial islahat məsələlərini və s. əhatə edir. Sabitləşdirmə və yeni iqtisadi artım modelinə keçilməsi istiqamətində tədbirlər planı üzərində işləyirik".

E. Rüstəmov bildirib ki, neftin qiyməti Azərbaycan iqtisadiyyatı üçün çox ciddi amildir: "Digər neft ixracatçıları olan ölkələrdə də neftin qiyməti əsas makroiqtisadi göstəricilərdəndir. Bütövlükdə Azərbaycan iqtisadiyyatı həm pul-kredit, valyuta siyasəti, həm də büdcə siyasəti çərçivəsində görülən işlər nəticəsində manatın qiymətinin obrazlı desək, 45-55 dollar səviyyəsində üzməsinə tam adaptasiya olunub. Neftin qiymətinin bu intervalda 10 dollar qalxması əlavə 1,7 mlrd. dollar gəlir, yaxud 10 dollar düşməsi 1,7 mlrd. dollar itki deməkdir".

"Azərbaycanın itkiləri qarşılamaq üçün kifayət qədər ehtiyatları və maliyyə resursları var ki, buna diqqət vermədən bütövlükdə öz siyasətini formalaşdırsın. Təbii ki, gəlirlərin artması bizim üçün çox önəmlidir. Neftin qiyməti 30-40 dollar artsa, daha yaxşı olar. Hətta yüksək neft qiymətləri olsa belə, artıq post-neft erası, yeni iqtisadi modelə keçid əsas məqsəddir. Yəni, qiymətlər yüksək olsa da, bundan öncəki 10 ilin iqtisadi modelinə qayıdış olmamalıdır. Çünki dünyada yeni çağırışlar var və biz bunu nəzərə almalıyıq", — baş bankir bildirib.

© Sputnik / Murad OrujovElman Rüstəmoov, AR Mərkəzi Bankının sədri, Azərbaycan Şahmat Federasiyasının prezidenti
Elman Rüstəmoov, AR Mərkəzi Bankının sədri, Azərbaycan Şahmat Federasiyasının prezidenti  - Sputnik Azərbaycan
Elman Rüstəmoov, AR Mərkəzi Bankının sədri, Azərbaycan Şahmat Federasiyasının prezidenti

Mərkəzi Bankın sədri daha sonra əlavə edib: "Manatın məzənnəsinin əhəmiyyətli korreksiyası ona gətirib ki, 2015-2016-cı ildə biz bütövlükdə xidmətlər və mal ixracını, təxminən 6 milyard azaltmağa müvəffəq olmuşuq".

Milli Məclisin deputatı Vahid Əhmədov - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Millət vəkili həyacan təbili çaldı: "Manatı qorumaq mümkün deyil"

"Bütövlükdə tədiyyə balansının bu il gözlənilən 5 milyard dollarlıq mənfi saldosu əhəmiyyətli rəqəmdir. Onun 88-90%-I, məhz kapitalın hərəkəti ilə bağlıdır. Yəni, bu, keçmiş və gələcəklə bağlıdır. Başqa sözlə, keçmişdə götürülmüş borclarla və gələcək layihələrimizlə əlaqədardır", — deyə AMB sədri bildirib.

Onun sözlərinə görə, bütövlükdə Mərkəzi Bankın bu gün apardığı valyuta siyasəti, kurs siyasəti onunla əlaqədardır ki, bu problemlər cari balansa, kursa təsir göstərməsin: "Biz fevral ayından ümumiyyətlə, bazara intervensiya etmirik. "Üzən məzənnə"nin əsas prinsipi gözlənilir. Amma müəyyən idarəetmə var. Biz əmin deyilik ki, bu gün idarəetməni götürsək, manatın məzənnəsində nə baş verə bilər".

"Bizim əsas prioritetimiz bu gün sabitləşdirmədir. Sabitləşmə ilə inkişafın məqsədləri arasında bir oxşarlıq var. Son məqsəd insanların, dövlətin, kompaniyaların gəlirlərinin artırılmasıdır. Əgər biz sabitliyə nail olmasaq, heç bir investor bizə inanmayacaq. Buna görə də indi əsas məqsədimiz makroiqtisadi sabitliyi bərqərar etməkdir", — Rüstəmov vurğulayıb.

Xəbər lenti
0