BAKI, 30 noy — Sputnik. Gələn il qeyri-neft sektorunda 2,5 faiz, növbəti illərdə isə orta hesabla 2 faiz artım proqnozlaşdırılıb. Sputnik xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, parlamentdə büdcə layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, gələn il İKT sektorunun 6,7 faiz artması proqnozlaşdırılır: "Tikinti sahəsində isə azalma proqnozlaşdırılır. Sosial sahədə proqramların həyata keçirilməsi üçün maliyyə təminatı yaradılacaq. Gələn il orta əmək haqqı 508 manat proqnozlaşdırılır".
Nazir müavini əlavə edib ki, ölkədə ipəkçiliyin və pambıqçılığın inkişafı üçün bu sahələrdə 13-ə yaxın xüsusi proqram hazırlanır: "Bunların əmək tutumluğunu nəzərə alaraq, ölkədə məşğulluğun artırılmasına töhfə verəcəyini gözləyirik".