CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Artıq kimsə sosial şəbəkədə dövlət başçısını təhqir edə bilməyəcək

Abunə olmaq
Prezidentin şərəf və ləyaqətini qorumağa yönəlik qanun layihəsi qəbul olundu. Onları 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri, yaxud eyni müddətə azadlıqdan məhrum etmə cəzası gözləyəcək.

BAKI, 29 noy — Sputnik. Baş prokuror Zakir Qaralovun, Cinayət Məcəlləsinin 323.1-ci (Azərbaycan dövlətinin başçısının — Azərbaycan Respublikası Prezidentinin şərəf və ləyaqətini kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində ləkələmə və ya alçaltma) maddəsinə əlavələrin edilməsi ilə bağlı təklifi parlamentin iclasında müzakirə edilib.

Sosial şəbəkə - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Onun-bunun adından dövlət başçısını təhqir edirlər"

Sputnik xəbər verir ki, layihəyə görə, bu maddədə "və ya kütləvi informasiya vasitəsində" sözləri "kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında" sözləri ilə əvəz olunub. Buna görə mövcud sanksiya 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmədir.

Qanuna 323.1-1 maddənin əlavəsində deyilir ki, 323.1-ci maddədə nəzərdə tutulmuş əməllər internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə törədildikdə, 1000 manatdan 1500 manata qədər cərimə və ya 3 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qanun layihəsi təsdiqlənib.

Xəbər lenti
0