CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Onun-bunun adından dövlət başçısını təhqir edirlər"

© Sputnik / Farid BabayevSosial şəbəkə
Sosial şəbəkə - Sputnik Azərbaycan
Abunə olmaq
Deputat sosial şəbəkədə təhqir və böhtana görə cəzalandırmanın tərəfdarıdır, hüquqşünas isə...

BAKI, 18 noy — Sputnik. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi plenar iclasa, Cinayət Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı təkliflər göndərib. Sözügedən layihə qəbul olunarsa, Azərbaycanda sosial şəbəkələrdə saxta profillərlə, başqa şəxslərin adları və saxta adlarla yalan xəbər, məlumat yayanlar, təhqiramiz fikirlər, təhlükəli çağırışlar edənlər cinayət məsuliyyətinə cəlb ediləcəklər.

Sosial şəbəkə istifadəçisi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Sosial şəbəkə istifadəçilərinin başı dərddə

Millət vəkili Fəzail Ağamalı həmin layihəni Sputnik-ə şərh edərkən, qanunvericiliyə belə bir dəyişiklik etməyin vacib olduğunu deyib: "Bəlli olduğu kimi, son vaxtlar sosial şəbəkələrdə saxta profillər yaradaraq, eyni zamanda ayrı-ayrı şəxslərin adlarını öz ad və soyadları kimi göstərməklə, Azərbaycan vətəndaşlarının, habelə ölkə Prezidentinin şərəf və ləyaqətinə hörmətsizlik edirlər, böhtanlar yağdırırlar. Belə olan halda qanunvericilikdə müəyyən dəyişiklik edilməli idi".

"Mövcud qanunvericiliyə edilməsi təklif olunan dəyişikliyə əsasən, internet resurslarından istifadə edərək, sosial şəbəkələr vasitəsilə ölkə Prezidentinin şərəf və ləyaqətinə təhqirlər yağdırılan, eyni zamanda ölkə vətəndaşlarının şəxsiyyətini təhqir edən, şərəf və ləyaqətlərinə toxunan sözlər deyən vətəndaşlar cinayət məsuliyyətinə cəlb olunacaq. Bu, xüsusi olaraq irəli sürülmüş təşəbbüsdür", — deputat qeyd edib.

Deputat bu məsələnin komitədə müzakirə edildiyini və qəbul edilərək plenar iclasa təqdim edildiyini bildirib: "Ümid edirik ki, plenar iclasda da qanuna yeni dəyişiklik qəbul ediləcək. Cəzaya gəlincə, burada həm pulla cərimə, həm də cinayət məsuliyyəti nəzərdə tutulub".

Hüquqşünas Fuad Ağayev isə sözügedən dəyişikliyi sərt hesab edir. O, Sputnik-ə açıqlamasında məsələyə belə münasibət bildirib: "Bu halı qanunvericiliyi daha da ağırlaşdırmaq hesab edirəm. Bu, Cinayət Məcəlləsinə əlavə yük olacaq".

Xəbər lenti
0