"Xocalı soyqırımına qiymət verməyin yolu 3 mərhələdən keçir"

© Photo : TRENDAzay Quliyev
Azay Quliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Azay Quliyev: "Srebrenitsada baş verən soyqırımını törədənlər hazırda cəzalarını çəkirlər. Amma Xocalı faciəsini törədənlər hələ də azadlıqdadırlar"

BAKI, 28 noy — Sputnik. "Əsas məqsədimiz Xocalı soyqırımını olduğu kimi dünyaya tanıtmaqdır. Təəssüflər olsun ki, biz bu gün hələ də Xocalı soyqırımı məsələsində ədalət axtarırıq".

Sputnik xəbər verir ki, bunu Milli Məclisin deputatı Azay Quliyev, "Soyqırım və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasının hüquqi aspektlərinin öyrənilməsi" layihəsinin təqdimatı zamanı deyib.

Millət vəkili Əli Hüseynli - Sputnik Azərbaycan
"Beynəlxalq cinayətlərin qarşısının alınması ilə bağlı qanun layihəsi hazırlanmalıdır"

"Srebrenitsada baş verən soyqırımına dünya ictimaiyyəti hüquqi qiymətini verdi. Bu hadisəni törədənlər hazırda cəzalarını çəkirlər. Amma Xocalı faciəsini törədənlər hələ də azadlıqda gəzirlər. Xocalı şəhəri isə erməni işğalı altındadır", — deputat bildirib.

"Cəmiyyət üçün ən mühüm məsələ budur ki, biz necə edək, Xocalı faciəsinə hüquqi qiymətin verilməsinə nail olaq? Bu soyqırımına qiymət vermək üçün biz mütləq 3 mərhələdən keçməliyik", — A. Quliyev əlavə edib.

Onun sözlərinə görə, ilk mərhələdə dünya ictimaiyyəti soyqırımı ilə bağlı müfəssəl şəkildə məlumatlandırılmalıdır: "İkinci mərhələ beynəlxalq təşkilatlar və ayrı-ayrı ölkələrin parlamentləri tərəfindən həmin cinayətə siyasi qiymətin verilməsi, müvafiq qətnamələrin qəbul edilməsidir. Üçüncü mərhələ isə faciəyə hüquqi qiymətin verilməsi, bu cinayəti törədənlərin ədalət mühakiməsinə cəlb olunmasıdır".

Xəbər lenti
0