BAKI, 28 noy — Sputnik. "Xocalı soyqırımını törədənlərin cəzalandırılması üçün xüsusi qanun layihəsinin hazırlanması və irəli sürülməsi, təkcə milli qanunvericilik üçün yox, bütövlükdə beynəlxalq hüquq üçün əhəmiyyətlidir".
Sputnik xəbər verir ki, bunu millət vəkili Əli Hüseynli, "Soyqırım və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasının hüquqi aspektlərinin öyrənilməsi" layihəsinin təqdimatı zamanı deyib. Millət vəkili bildirib ki, Azərbaycan Xocalıq soyqırımının araşdırılması ilə bağlı hüquqi müstəvidə çox ciddi addımlar atıb.
"Hərbi Prokurorluq uzun illərdir, bu istintaqı həyata keçirir. Hər il yeni məlumatlar əldə edirlər. Beynəlxalq cinayətlərin qarşısının alınması ilə bağlı xüsusi bir qanun layihəsinin hazırlanması aktualdır", — deputat vurğulayıb.