"Söhbət hərbi cinayətdən, soyqırımından gedir..."

Abunə olmaq
Nizami Səfərov: "Azərbaycanın qanunvericilik sistemində belə bir qanun mövcud deyil, beynəlxalq təcrübəyə əsaslanmışıq"

BAKI, 28 noy — Sputnik. "Xocalı faciəsi ilə bağlı qanun layihəsi parlament tərəfindən 3 ay müddətinə hazırlanacaq". Sputnik xəbər verir ki, bunu Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov, "Soyqırım və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasının hüquqi aspektlərinin öyrənilməsi" layihəsinin təqdimatı zamanı deyib.

Səməd Seyidov - Sputnik Azərbaycan
"Ermənistan rəhbərliyi məhkəməyə çağırılmalıdır"

"Azərbaycanın qanunvericilik sistemində belə bir qanun mövcud deyil. Beynəlxalq təcrübəyə nəzər salmışıq. Beynəlxalq cinayət deyərkən təcavüz, insanlıq əleyhinə cinayətlər, hərbi cinayətlər, soyqırımı və hələ beynəlxalq cinayət kimi heç bir sənəddə adı keçməyən etnik təmizləmədən bəhs olunur. Layihədə bunu təsbit edəcəyik", — şöbə müdiri bildirib.

O, qeyd edib ki, layihədə beynəlxalq cinayətlərin törədənlərin ekstradiyası məsələsi təsbit olunacaq, onların ikinci dövlətə, yaxud beynəlxalq tribunala verilməsi əksini tapacaq: "Bunların baş tutmayacağı təqdirdə ölkəmizin bununla bağlı hansı cinayət təqiblərinin həyata keçirməsi və s. mümkün ola bilər".

Xəbər lenti
0