BAKI, 28 noy — Sputnik. "Deyirlər, Xocalı soyqırımı ilə bağlı gecikmişik, hansısa səviyyədə bunu etmək mümkün olmayacaq və s. Biz gecikməmişik. Biz müharibə içərisində olan dövlətik. Xocalı soyqrımının dünyada tanıdılması istiqamətində gördüyümüz işlər barədə məlumatlar burada verildi".
Sputnik xəbər verir ki, bu sözləri, millət vəkili Səməd Seyidov, Milli Məclisdə keçirilən "Soyqırım və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasının hüquqi aspektlərinin öyrənilməsi" layihəsinin təqdimatı zamanı deyib.
Millət vəkili hazırda danışıqlar prosesinin getdiyini qeyd edib: "Ermənistan qeyri-konstruktiv mövqedən çıxış edir. Avropanın bütün layihələrində iştirak edən, maliyyələşməsindən bəhrələnən Ermənistan məhkəməyə çağırılmalıdır. Biz gecikməmişik".
"Milli Məclisdə qanun layihəsini təqdim etmək çox gözəl təşəbbüsdür. Bu, imkan verəcək ki, cinayətkarları məhkəməyə çəkək", — deyə o, qeyd edib.