Yeni hökumətin tərkibi təsdiqləndi

© FB / Giorgi KvirikashviliGürcüstan parlamenti hökuməti təsdiqlədi
Gürcüstan parlamenti hökuməti təsdiqlədi - Sputnik Azərbaycan
Abunə olmaq
Deputatların 110-nu hökumətin yeni tərkibinin lehinə, 19 nəfəri isə əleyhinə səs verib.

BAKI, 26 noy-Sputnik. Gürcüstan parlamentinin noyabrın 26-da keçirilmiş iclasında yeni hökumətin tərkibi təsdiq edilib.

Deputatların 110-nu hökumətin yeni tərkibinin lehinə, 19 nəfəri isə əleyhinə səs verib.

Sputnik-in məlumatına görə, yeni hökumətin başçısı Georgi Kvirikaşvili olub. Baş nazirin birinci müavini maliyyə naziri Dmitri Kumsişvili, müavini isə energetika naziri Kaxa Kaladze təyin edilib.

Əvvəlki hökumətdə təmsil olunanlardan yalnız üçü vəzifələrini itirib.

Депутаты в зале заседаний парламента Грузии - Sputnik Azərbaycan
38 yaşlı professor Gürcüstan parlamentinin sədri oldu
İqtisadiyyat naziri vəzifəsinə Georgi Qaxariya, infrastruktur və regional inkişaf naziri vəzifəsinə isə Zurab Alavidze təyin olunublar.

Avrointeqrasiya naziri vəzifəsinə Viktor Dolidze təyin edilib. Ondan əvvəlki nazir David Bakradze isə Gürcüstanı ABŞ-da səfir kimi təmsil edəcək.

Parlament seçkilərindən əvvəl hökumətdə vəzifə tutan digər nazirlər isə öz vəzifələrində qalıblar.

Daxili işlər naziri Qeorqi Mqebrişvili, ədliyyə naziri Tea Çelukiani, qaçqınların işləri üzrə nazir Sozar Subari, müdafiə naziri Levan İzoriya, barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Çixelaşvili, idman və gənclər naziri Tariel Xeçikaşvili, təhsil naziri Aleksandr Djedjelava, ətraf mühit naziri Qiqla Aqulaşvili, mədəniyyət naziri Mixail Qiorqadze, xarici işlər naziri Mixail Canalidze, kənd təsərrüfatı naziri Levan Davitaşvili, səhiyyə naziri isə David Sergeyenko təyin olublar.

Xəbər lenti
0