38 yaşlı professor Gürcüstan parlamentinin sədri oldu

© Sputnik / Aleksandr ImedashviliДепутаты в зале заседаний парламента Грузии
Депутаты в зале заседаний парламента Грузии - Sputnik Azərbaycan
Abunə olmaq
İrakli Kobaxidze 118 səslə sədr seçilib.

BAKI, 18 noy-Sputnik. Gürcüstan parlamentinin bu gün keçirilən ilk iclasında sədrliyə İrakli Kobaxidzenin namizədliyi irəli sürüb. Keçirilən səsvermə nəticəsində Kobaxidze 118 səslə sədr seçilib. 

Öz çıxışında bu etimadı göstərdiyinə görə deputatlara təşəkkür edən Kobaxidze, öz fəaliyyətində neytral olacağını bildirib: "Mən parlament sədrliyinin nə demək olduğunu və onun funksiyalarını çox yaxşı bilirəm. Əsas funksiyam ondan ibarət olacaq ki, hər partiya, hər deputat parlamentin işinə və ölkənin gələcəyinə töhfə vermək üçün maksimal imkan əldə etsin. Mən konstruktiv işi təmin etmək üçün hər şeyi edəcəyəm".

Kobaxidze "Gürcü Arzusu — Demokratik Gürcüstan" Partiyasının icraçı katibidir. 1978-ci il təvəllüdlü yeni sədr Almaniyanın Düsseldorf Universitetində hüquq təhsili alıb. Son vaxtlara qədər Cavaxişvili adına Tiflis Dövlət Universitetində çalışıb. Hüquq professorudur.

Parlamentin ilk iclasında fraksiyalar da formalaşdırılıb. Hakim "Gürcü Arzusu" və müxalifətdəki Vahid Milli Hərəkat hərəyə 2 fraksiya yaradıblar. 5-ci fraksiyanı isə 6 deputatı olan "Vətənpərvərlər İttifaqı" formalaşdırıb.

Xəbər lenti
0