BAKI, 25 noy — Sputnik. Futbol üzrə Avropa Liqasının qrup mərhələsində Ağdamın "Qarabağ" klubu səfərdə Çexiyanın "Slovan" komandasına məğlub olub. Qolları 11-ci dəqiqədə Vux və 57-ci (penaltidən) və 63-cü dəqiqələrdə Komliçenko vurublar — 0:3.
"Qəbələ" isə Bakıda Belçikanın "Anderlext" klubunu qəbul edib. Görüşdə hesabı belçikalı Tilemans açıb. İki dəqiqədən sonra Rikardinyo penaltidən cavab topunu vurub. 90-cı dəqiqədə Bruno qonaqları irəli çıxarıb. Əlavə olunmuş 4-cü dəqiqədə Teodorçik son nöqtəni qoyub — 3:1.