Avropa Parlamenti Türkiyə ilə müzakirələri dayandırdı

© AFP 2024 / FREDERICK FLORIN Avropa Parlamentində səsvermə
Avropa Parlamentində səsvermə - Sputnik Azərbaycan
Abunə olmaq
AP rəsmi Ankara ilə aparılan, İttifaqa üzvlük müzakirələrini dayandırmaq barədə qərar qəbul edib

BAKI, 24 noy — Sputnik. Avropa Parlamentinin Türkiyə ilə müzakirələr mövzusunda keçirdiyi səsvermə başa çatıb. Sputnik xəbər verir ki, parlament Türkiyə ilə aparılan İttifaqa üzvlük müzakirələrini dayandırmaq barədə qərar qəbul edib. 

Avropa Parlamenti - Sputnik Azərbaycan
Avropa Parlamentindən söz azadlığına qarşı sərt qərar

Səsvermədə iştirak edən 479 deputat qərarın lehinə, 37 deputat əleyhinə səs verib. 107 parlamentari isə bitərəf qalıb. 

Parlamentin qəbul etdiyi qərar 9 maddədən ibarətdir. Həmin maddələrin içərisində ən çox diqqət çəkəni isə prezident Ərdoğanın bir neçə həftə əvvəl, 1923-cü ildə imzalanmış "Lozanna" sülh müqaviləsi ilə bağlı söylədiyi çıxışa yer verilməsidir. Avropalı millət vəkilləri Türkiyə prezidentinin dediklərinin qəbuledilməz olduğunu, rəsmi Ankaranın beynəlxalq aləmdə qəbul edilən sərhədləri tanımasının vacibliyini qeyd ediblər.

​Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan ötən ayın sonunda etdiyi bir çıxışı zamanı, 1923-cü ildə Türkiyə ilə Qərb dövlətləri arasında imzalanan və Aralıq dənizindəki bəzi adaların Yunanıstana verilməsini ehtiva edən "Lozanna" sülh sazişini türklər üçün zəfər yox, məğlubiyyət adlandırmışdı.

AP-nin müzakirələri dondurmaq qərarına səbəb olan digər maddələr isə, daha çox Türkiyə hökumətinin HDP-li millət vəkillərinə, o cümlədən Fətullah Gülən şəbəkəsinə qarşı yürütdüyü həbslərlə bağlıdır. Avropalı deputatlar iddia edirlər ki, həbslər ədalətə uyğun formada aparılmır.

Həmçinin rəsmi Ankaranın terrorla mübarizə qanununda dəyişiklik etməməsi də avropalı deputatları narahat edib. Avropa Parlamentinin son qərarına, hələlik Türkiyədən rəsmi şərh verilməyib.

Xəbər lenti
0