Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Avropa Parlamentindən söz azadlığına qarşı sərt qərar

© Sputnik / Aleksey VitvitskyAvropa Parlamenti
Avropa Parlamenti - Sputnik Azərbaycan
Abunə olmaq
Sputnik Avropa Parlamentini söz azadlığını pozmamağa çağırdı: "Senzuranı ləğv etməyə çağırırıq"

BAKI, 23 noy — Sputnik. Avropa Parlamenti "Russia Today" və Sputnik Beynəlxalq İnformasiya Agentliyinin qitədəki fəaliyyətini dayandırmağı nəzərdə tutan qərar layihəsini təsdiqləyib. Layihədə, rus mediası ilə mübarizə, İŞİD terrorçularına qarşı göstəriləcək müqavimətlə eyniləşdirilir.

Səsvermədə iştirak edən 691 parlamentaridən 304-ü layihənin qəbuluna müsbət cavab verib. 179 parlamentari layihənin əleyhinə, 208-i isə bitərəf qalıb.

Qərarın qəbulundan sonra Sputnik-in Moskvada yerləşən mərkəz bürosundan açıqlama verilib. Həmin açıqlamada deyilir: "Sputnik və Russia Today-in də aralarında olduğu mətbu orqanlara qarşı bu cür qərarların verilməsi söz azadlığı və insan haqlarının birbaşa pozulması deməkdir. Biz AP-ni qərarı yenidən gözdən keçirməyə və senzuranı ləğv etməyə çağırırıq".

Xəbər lenti
0