ABŞ kəşfiyyatının dünyanı dinlədiyi gizli məkan

© AP Photo / Charles DharapakABŞ Milli Təhlükəsizlik Agentliyinin binası
ABŞ Milli Təhlükəsizlik Agentliyinin binası - Sputnik Azərbaycan
Abunə olmaq
NSA agentləri 38-dən çox ölkədəki telefon danışıqlarını, yollanan faksları, mesajları və internet fəaliyyətlərini izləyərkən, məhz bu binadakı gizli məkandan istifadə edir

Pekində Çinin dövlət bayrağını saxlayan rəsmi qarovul əsgəri, arxiv şəkli - Sputnik Azərbaycan
Çin kəşfiyyatı FTB-nin məxfi planlarını oğurlayıb
BAKI, 24 noy — Sputnik. ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) dünyamiqyaslı dinləmə fəaliyyətləri üçün, Nyu-York şəhərindəki gizli bir məkandan istifadə etdiyi ortaya çıxıb. Sputnik haberler-ə istinadla xəbər verir ki, daha əvvəl sabiq NSA işçisi Edvard Snouden tərəfindən ifşa edilən sənədlərdə də adı keçən "Titanpointe" adlı mərkəz, telekommunikasiya nəhəngi olan "AT&T"nin Manhattandakı pəncərəsiz "göydələn"ində yerləşir.

Adı gizli saxlanılan bir "AT&T" işçisinin verdiyi məlumatlara görə, NSA agentləri 38-dən çox ölkədəki telefon danışıqlarını, yollanan faksları, mesajları və internet fəaliyyətlərini izləyərkən, məhz bu binadakı gizli məkandan istifadə edir. Bildirilir ki, 1978-ci ildə inşa edilən sözügedən bina nüvə hücumlarına belə, dayanacaq imkandadır.

Amerika'nın Dünyayı Dinlediği Gizli Üssün 17 Fotoğrafı

"Binanın daxilində xüsusi generator və su anbarı var. Daxili imkanlar hesabına, oradakı işçilərin dünya ilə əlaqəsi olmadan belə, həftələr boyu həyatda qalması mümkündür", — mənbə bildirib.

Amerika'nın Dünyayı Dinlediği Gizli Üssün 17 Fotoğrafı

Yerli mətbuatda son illərdə çıxan xəbərlərdə "AT&T"nin Amerikanın kəşfiyyat xidmətlərinə ən çox kömək edən telekommunikasiya firması olduğu iddia edilmişdi.

Amerika'nın Dünyayı Dinlediği Gizli Üssün 17 Fotoğrafı

Qeyd edək ki, NSA ABŞ-ın ən çox kəşfiyyat məlumatlarına malik təşkilatı olaraq bilinir. Kriptologiya üzrə ixtisaslaşan bir təşkilatdır. 1952-ci ilin 4 noyabrında yaradılıb. Xarici ölkələrdə telefon, e-poçt və s. əlaqələri dinləyərək məlumat toplayırlar. Ayrıca, Amerika hökumətinin rabitəsini xarici təşkilatlardan qorumaq da onların vəzifəsidir.

Amerika'nın Dünyayı Dinlediği Gizli Üssün 17 Fotoğrafı

İşçilərin sayı dəqiq olaraq açıqlanmasa və çox gizli tutulsa da, 30 min civarında əməkdaşının ola biləcəyi təxmin edilir. Bunun böyük əksəriyyətinin də riyaziyyatçılar olduğu deyilir. Eyni zamanda, NSA yer üzündə ən çox riyaziyyatçı mütəxəssislərlə əməkdaşlıq edən təşkilat kimi tanınır.

Amerika'nın Dünyayı Dinlediği Gizli Üssün 17 Fotoğrafı

Qeyri-qanuni olaraq vətəndaşların telefon danışıqlarını yazdıqları (əllərində danışıqları saxlamaq üçün heç bir qanuni səlahiyyət, məhkəmə əmri olmadan) və telekommunikasiya şirkətlərindən telefon qeydlərini istədikləri ortaya çıxıb. NSA, 1990-cı illərin əvvəllərində 96 ölkədə, ildə 3 milyon telefon danışığını dinləyə biləcək səviyyəyə gəldi.

Amerika'nın Dünyayı Dinlediği Gizli Üssün 17 Fotoğrafı

NSA-nın əsl quruluş məqsədi — heç bir ölkənin elmdə ABŞ-dan daha irəlidə olmamasını təmin etməkdir.

Xəbər lenti
0