Çin kəşfiyyatı FTB-nin məxfi planlarını oğurlayıb

© REUTERS / Thomas PeterPekində Çinin dövlət bayrağını saxlayan rəsmi qarovul əsgəri, arxiv şəkli
Pekində Çinin dövlət bayrağını saxlayan rəsmi qarovul əsgəri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Pentaqonda bildiriblər ki, istefada olan polkovnik-leytenant Bencamin Bişop Pekinlə gizli əməkdaşlıq edib.

Çin kəşfiyyatı bir neçə dəfə Amerikanın təhlükəsizlik sistemini yararaq Pentaqonun Çinlə mümkün gərginlik şəraitində atacağı addımların göstərildiyi məxfi planı oğurlayıb. Bu barədə məlumatı Konqres komissiyasının sənədlərinə istinadən “Washington Free Beacon” yayıb.

Sənədlərdə göstərilir ki, Çin agentləri FTB-nin (Federal Təhqiqatlar Bürosu) və ABŞ-ın Sakit okean komandanlığının (USPACOM) planlarından xəbərdar olub. Pentaqonda bildiriblər ki, istefada olan polkovnik-leytenant Bencamin Bişop Pekinlə gizli əməkdaşlıq edib və çinlilərə ABŞ-ın nüvə potensialı, pilotsuz uçuş aparatlarının quruluşu və Çinlə münasibətlərə aid məxfi sənədləri ötürüb. 2014-cü ilin mart ayında o, münasibət saxladığı çinli qadına məxvi məlumatlar ötürdüyünü etiraf etmişdi. Hesabatda həmçinin Pekinə məlumatlar ötürən digər rəsmilərin də adları qeyd olunub.

“Oğurlanmış materiallar içində ABŞ-ın dövlət agentlərini və məxfi agentlərini eyniləşdirmək üçün istifadə edilə bilən 5.6 milyon barmaq izləri də vardır ki, bunlardan həm də məxfi məlumatları əldə etmək məqsədi ilə biometrik materialların surətini çıxarmaq üçün də istifadə edə bilərlər”, — sənəddə deyilir.

Faktla bağlı Konqresdə qapalı dinləmələrin keçirilməsi gözlənilir. Mənbənin məlumatına görə, hesabatın tam versiyası noyabrın 16-da nəşr ediləcək.

Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lu Kan KİV-ində məlumat oğurluğu haqda yayılan xəbərləri “məsuliyyətsiz” adlandırıb.

“Digər ölkələrə qarşı ittihamlar faktlara əsaslanmalıdır. Bu təşkilat daim Çin-ABŞ münasibətləri haqqında məsuliyyətsiz bəyanatlar təqdim edir ki, bu da onların inkişafı üçün əlverişli deyil”, — deyə Lu kan brifinq zamanı bildirib. Lakin nazirliyin rəsmisi hansı təşkilatı nəzərdə tutduğunu dəqiqləşdirməyib.

Xəbər lenti
0