Kütləvi ixtisar başladı, 16 min insan işini itirdi, 9 mətbuat orqanı bağlandı

© Photo : uanos.comİş yerini tərk edən işçi
İş yerini tərk edən işçi - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyədə 16 minə yaxın insan işdən qovulub, bir sıra qurumlar bağlanıb

BAKI, 22 noy — Sputnik. Türkiyədə 15 iyul hadisələri ilə bağlı elan olunan fövqəladə vəziyyət çərçivəsində, Nazirlər Kabineti tərəfindən qəbul edilən 677 saylı Qərara əsasən, Türkiyə Silahlı Qüvvələri, polis və digər qurumların bir sıra işçiləri vəzifələrindən azad olunub. "Resmi Gazete"nin verdiyi məlumata görə, həmçinin bir çox dərnək, idarə və mətbuat qurumları bağlanıb.

Qərara uyğun olaraq:

— Daxili İşlər Nazirliyi və tabe qurumlarda 2696;
— Ali Təhsil Qurumunda (YÖK) 1184;
— Səhiyyə Nazirliyində 752;
— Maliyyə Nazirliyində 526;
— Ailə və Sosial Siyasət Nazirliyində 131;
— Milli Təhsil Nazirliyində 119;
— Dini İşlər Nazirliyində 94;
— Enerji və Təbii Sərvətlər Nazirliyində 73;
— Meşə və Su Təsərrüfatı Nazirliyində 52;
— TRT-də 45;

Həbs - Sputnik Azərbaycan
Türkiyədə 20 pilot həbs olunub

— Milli Müdafiə Nazirliyində 23;
— Hakimlər və Prokurorlar Ali Qurumunda (HSYK) 15;
— Fövqəladə Hallar İdarə edilməsi Nazirliyində (AFAD) 14;
— Gənclər və İdman Nazirliyində 13;
— Mədəniyyət və Turizm Nazirliyində 11;
— Türk Əməkdaşlıq və Əlaqələndirmə Agentliyində (TİKA) 1 nəfər olmaqla, cəmi 5749 işçi vəzifələrindən azad edilib.

İşdən azad edilmiş dövlət qulluqçuları arasında 7586 polis əməkdaşı, Quru Qoşunlarının 1259, Hərbi Dəniz Qüvvələrinin 391, Hərbi Hava Qüvvələrinin 338 hərbi qulluqçusu və 403 Jandermeriya əməkdaşı da var. Ümumilikdə 15 761 nəfər dövlət qulluqçusu xidmətdən kənarlaşdırılıb.

Bundan başqa, 375 dərnək və 9 mətbuat-yayım qurumu bağlanıb. Bundan əvvəl vəzifəsindən azad edilən 157 nəfər isə işinə bərpa edilib.

Xəbər lenti
0