BAKI, 7 noy — Sputnik. Türkiyə polisi ölkənin Hərbi Hava Qüvvələrində Fətullah Gülən şəbəkəsinə qarşı keçirdiyi əməliyyatda 69 pilotu saxlayıb. Sputnik Milliyet-ə istinadən xəbər verir ki, ikisi qadın, biri polkovnik olmaqla, 20 pilot barəsində həbs qərarı verilib.
49 pilot isə şərti azadlığa buraxılıb. Onlar barəsində xaricə çıxmaq qadağan olunub. Həbs edilən pilotlara qarşı "Türkiyə Konstitusiyasını tanımamaq, hökumətə qarşı qiyam, terror təşkilatına üzv olmaq" kimi ittihamlar irəli sürülüb.