Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

İntiqam hissi azərbaycanlı xanımı qaydasız döyüşçüyə çevirdi

© Photo : Личный архив С.СалимовойSuada Səlimova
Suada Səlimova - Sputnik Azərbaycan
Abunə olmaq
İndi ölkənin qaydasız döyüş üzrə yeganə qadın təmsilçisi, həyatında ilk dəfə beynəlxalq turnirə qatılaraq, dünya çempionu olmaq arzusu ilə Dubayda məşq edir

Zarina Orucəliyeva, Sputnik Azərbaycan

Sputnik Azərbaycan "Kişi işi" rubrikasını davam etdirir. Bu rubrikada ənənəvi kişi sənətləri ilə məşğul olan qadınlardan, onların həyat yolundan söhbət açılır.

BAKI, 22 noy — Sputnik. Get-gedə qadınlar, hətta güclü kişiləri belə, məşğul olduqları sahədən sıxışdırıb çıxara bilirlər. Artıq bu proses idman rinqlərində də başlayıb. Düzdür, hələ ki, bunun üçün zərif cinsin nümayəndələrinə çox əziyyət çəkmək lazım gəlir, amma artıq belə istisnalar var.

© Photo : Suadanın şəxsi arxivindənSuada, karyerasında ilk dəfə olaraq keçiriləcək qaydasız döyüş — ММА (Mixed Martial Arts) üzrə rəsmi yarışa çıxacaq
Suada, karyerasında ilk dəfə olaraq keçiriləcək qaydasız döyüş — ММА (Mixed Martial Arts) üzrə rəsmi yarışa çıxacaq - Sputnik Azərbaycan
Suada, karyerasında ilk dəfə olaraq keçiriləcək qaydasız döyüş — ММА (Mixed Martial Arts) üzrə rəsmi yarışa çıxacaq

Bunlardan biri Suada Səlimova ilk baxışdan incə bir xanımdır və heç kimin ağlına belə, gəlməzdi ki, bu xanım sırf kişilərə xas olan idmanla — qaydasız döyüşlə məşğul olur. Hazırda Dubaydakı idman klublarından birində məşq edən Suada, karyerasında ilk dəfə olaraq keçiriləcək qaydasız döyüş — ММА (Mixed Martial Arts) üzrə rəsmi yarışa çıxacaq.

Suada Azərbaycanda bu idman növü ilə məşğul olan ilk qadınlardan biridir. Bununla yanaşı, Suada kikboks üzrə dördqat, uşu-sanda üzrə üçqat Azərbaycan çempionu, Sankt-Peterburqda keçirilən döyüş növləri üzrə olimpiadanın qalibi və İspaniyada keçirilən WTKA növü üzrə döyüşlərdə dünya çempionudur.

İdmanla uşaq vaxtlardan məşğul olduğunu deyən Suada, əvvəlcə bir çox qızlar kimi idmana gimnastikadan başlayıb. Amma sonradan təhsildə axsamamaq üçün gimnastikanı atıb və ali məktəbə girmək məqsədi uğrunda ciddi cəhdlə çalışıb. Hərdən yaşıdları onun xətrinə dəyir, bu incə qızın isə onlara cavab vermək taqəti yox idi.

© Photo : Suadanın şəxsi arxivindənSuada Azərbaycanda bu idman növü ilə məşğul olan ilk qadınlardan biridir
Suada Azərbaycanda bu idman növü ilə məşğul olan ilk qadınlardan biridir - Sputnik Azərbaycan
Suada Azərbaycanda bu idman növü ilə məşğul olan ilk qadınlardan biridir

Onun üçün həlledici nöqtə həmyaşıd qızlarla mübahisə olub. Səbəb isə — bir gəncə olan məhəbbət olub. Qüvvələr bərabərliyinin onun xeyrinə olmadığını görən Suada, 16 yaşından kun-fu və uşu-sanda ilə məşğul olmağa başlayıb. İlk məşqçisi isə bu sahədə ad-san qazanmış, 18-qat dünya çempionu Ramil Allahverdiyev idi. Sonradan Suada gündəlik məşqlərə kikbosu da əlavə etdi.

Düzdür, qazandığı təcrübə ona, üstündə mübahisə düşən gəncin ürəyini qaytarmadı. Amma bu gün Səlimova, mübahisə etdiyi qızı həmişə minnətdarlıq hissi ilə yada salır — məhz həmin qıza cavab vermək üçün Suada məşqlərə başlamışdı.

O, başa düşür ki, gənclərin "ürək hadisələri" arxada qalıb. Yeri gəlmişkən, həmin cavan oğlan nə ona, nə də rəfiqəsinə qismət oldu. Oğlan başqa bir qızı seçdi. Amma Suada taleyinin belə gətirməsindən şikayətlənmir və hətta razıdır.

İdmanla yanaşı Suada təhsilini də atmadı. Məktəbi uğurla bitirdikdən sonra Bakı Slavyan universitetinin "Beynəlxalq əlaqələr və regionşünaslıq" fakültəsinə qəbul olunur. Oxuya-oxuya tikinti şirkətində, və Bakı ekspo mərkəzində mühafizəçi işləyir, xarici dillər öyrənir.

İdmançı karyerası boyu onlarla medal və mükafat alan 23 yaşlı Suada bir gün belə, məşqlərini saxlamır: "Bu ilin martında Dubayda işləyən qardaşımın yanına qonaq gəlmişdim. Bir gün burada fəaliyyət göstərən "The Champion Club" klubuna baxmağa getdim. Ad və oradakı şərait, məşqlərin keçirilmə forması çox xoşuma gəldi. Elə buradaca kikboks üzrə üçqat dünya çempionu olmuş bir məşqmi ilə tanış oldum. O, məni yoxladı, döyüş üsulumu bəyəndi və Dubaya köçərək, burada məşq etməyi təklif etdi".

Hazırda Səlimova gündəlik olaraq döyüş növləri idmanı ilə 6 saat məşq edir. Məşqlər siyahısına Braziliya ciu-citsusu da daxil edilib. Yarım ildən sonra Suada həyatında ilk dəfə olaraq qarışıq döyüş növləri üzrə rəsmi yarışa çıxacaq.

© Photo : Suadanın şəxsi arxivindənHazırda Suada gündəlik olaraq 6 saat məşq edir
Hazırda Suada gündəlik olaraq 6 saat məşq edir - Sputnik Azərbaycan
Hazırda Suada gündəlik olaraq 6 saat məşq edir

Səlimova qarşısına çox aydın məqsəd qoyub: qısa müddətdə bu idman növündə uğur qazanmaq, çempion olmaq və UFC, BELLATOR kimi dünyaca məşhur ABŞ idman şirkətləri ilə müqavilə bağlamaq.

"Mən qaydasız döyüş üzrə idman ustası adı almaq və xanımlar üçün döyüş idman növləri məktəbi açmaq istəyirəm. Ailə barədə onu deyə bilərəm ki, bu məsələni əvvəlcədən planlaşdırmaq olmur, amma qüvvəm çatdıqca məşqləri davam etdirəcəyəm. Ailəm məni tam dəstəklədi. Əvvəllər seçimimə şübhə ilə yanaşırdılar, amma sonradan dəstəklədilər", — deyir xanım idmançı.

Baxmayaraq ki, Suada Səlimova xaricdə məşq edir, karyerasının sonuna qədər Azərbaycanı təmsil edəcəyini əminliklə söyləyir.

Xəbər lenti
0