CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bitkilərin dilini bilən adam: onun bağında fəsillər dəyişmir

© Sputnik / Ilham MustafayevTovuz rayonu Alakol kənd sakini Şahin Kazımovun həyətyanı sahəsində saldığı bağ
Tovuz rayonu Alakol kənd sakini Şahin Kazımovun həyətyanı sahəsində saldığı bağ - Sputnik Azərbaycan
Abunə olmaq
O, ağacın gövdəsinə, yarpağına, hətta duruşuna baxmaqla onun nə istədiyini bilir

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 22 noy — Sputnik. Belə bir deyim var: "Sevdiyin işlə məşğul ol, bir gün belə, iş günün olmayacaq". Təəsüf ki, bir çoxları daha çox qazanc, yaxud valideyn təkidi ilə sevmədikləri işi görməyə məcbur olurlar. Böyük əksəriyyət isə heç sevdiyi işin nə olduğunu anlamadan ömrünü başa vurur.

Dəmirağac - Sputnik Azərbaycan
CƏMİYYƏT
Nobeli Azərbaycana gətirən möcüzəvi ağac

Bu gün haqqında danışacağım insan isə, kiçik yaşlarından öz istiqamətini seçərək bütün həyatını sevdiyi işə bağlayıb. Bu işdə həm rahatçılığını, həm sağlamlığını, həm də çörəkpulu tapıb. O, 50 ilə yaxındır ki, bəlkə də, dünyanın ən gözəl işi olan bağbanlıqla — canlıların yaşaması üçün əsas həyat mənbəyi olan ağacların əkilib-becərilməsi ilə məşğul olur.

Tovuz rayonu, Alakol kənd sakini Şahin Kazımov bu sənətə ötən əsrin 70-c illərindən başlayıb. Kiçik yaşlarından əlinə düşən ağacları bir-birinə calayaraq, bağbanlığın sirrlərini öyrənib. Bir çox ağac növlərini yerli mühitə uyğunlaşdıraraq artırıb.

20 sot həyətyanı sahəsinə başdan-başa dekorativ, nadir yetişən ağaclar əkib. Ağacların arasına da nadir ot bitkiləri basdırıb. Bu bağa ayaq basarkən, adam özünü dünyanın ən ekzotik meşəsində hiss edir. Burada olan çiçək və otların iyini isə dünyada heç bir ətir əvəz edə bilməz. Fəslindən asılı olmayaraq, Ş. Kazımovun bağında həmişə bahardır.

© Sputnik / Ilham MustafayevTovuz rayonu Alakol kənd sakini Şahin Kazımovun həyətyanı sahəsində saldığı bağ
Tovuz rayonu Alakol kənd sakini Şahin Kazımovun həyətyanı sahəsində saldığı bağ - Sputnik Azərbaycan
1/6
Tovuz rayonu Alakol kənd sakini Şahin Kazımovun həyətyanı sahəsində saldığı bağ

2/6

3/6

4/6

5/6

© Sputnik / Ilham MustafayevTovuz rayonu Alakol kənd sakini Şahin Kazımovun həyətyanı sahəsində saldığı bağ.
Tovuz rayonu Alakol kənd sakini Şahin Kazımovun həyətyanı sahəsində saldığı bağ - Sputnik Azərbaycan
6/6
Tovuz rayonu Alakol kənd sakini Şahin Kazımovun həyətyanı sahəsində saldığı bağ.
1/6
Tovuz rayonu Alakol kənd sakini Şahin Kazımovun həyətyanı sahəsində saldığı bağ
2/6
Tovuz rayonu Alakol kənd sakini Şahin Kazımovun həyətyanı sahəsində saldığı bağ
3/6
Tovuz rayonu Alakol kənd sakini Şahin Kazımovun həyətyanı sahəsində saldığı bağ
4/6
Tovuz rayonu Alakol kənd sakini Şahin Kazımovun həyətyanı sahəsində saldığı bağ
5/6
Tovuz rayonu Alakol kənd sakini Şahin Kazımovun həyətyanı sahəsində saldığı bağ
6/6
Tovuz rayonu Alakol kənd sakini Şahin Kazımovun həyətyanı sahəsində saldığı bağ.

"Həyatımı boşuna keçirməmişəm. Kim hara getdi, kim hardan gəldi, deyib vaxt itirməmişəm, ancaq ağaclara maraq göstərmişəm. Milyonlarla ağac əkmişəm, amma yenə də ağacdan bezməmişəm, yorulmamışam. Bacardığım həyatda bu işdir. Mənə görə də bundan gözəl heç nə ola bilməz", — deyir bağban.

O, ötən əsrin sonlarında aparılan torpaq islahatlarından sonra payına düşən 50 sot torpaq sahəsini də möhtəşəm bağa çevirib. Əvəllər heç bir təssərüfat bitkisinin əmələ gəlmədiyi sahədə, hazırda milyondan çox ağac var. Burada ekzotik bitkilərlə yanaşı, meşə və meyvə ağacları da yetişdirib. Ona bu işdə ailə üzvləri yaxından kömək edirlər.

Ş. Kazımov fiziki və təbii çətinliklərdən yorulmasa da, süni yaradılan problemlər onu çox yorur. Bağını artezian suyu ilə suvaran bağban, axıdılan suyun hər saatı üçün 1.5-2 manat pul ödəməli olur. Yay mövsümündə ağaclar, qurumaması üçün, həftədə 2-3 dəfə suvarılmalı olduğundan, bu proses ona heç də ucuz başa gəlmir.

Bu xərcləri qarşılamaq üçün isə, Şahin usta ağaclarını satmalı olur. Lakin bunu əlacsızlıqdan etiyini, ağac yerdən çıxarılanda özündə pis bir dəyişikilik yarandığını deyir. İstəyir, hər yer yaşıllıq olsun, böyüsün və gözəlləşsin. Bağban, su problemi olmazsa, bundan iki dəfə böyük ərazini becərə biləcəyini söyləyir.

O, çoxillik təcrübəsi ilə ağacın gövdəsinə, yarpağına, hətta duruşuna baxmaqla onun vəziyyətini anladığını deyir: "Bir həkimə gedirsən, neçə aparatdan keçirib sonda düzgün diaqnoz qoyub resept yaza bilmir. Amma ağac küsəndə, mən bilirəm ki, o, niyə küsür, nə demək istəyir, fikri nədir, dərdi nədir, nəyə görə küskün durur, xəstəliyi nədir".

Təcrübəli bağban ağac sarıdan heç kimin qəlbinə dəymədiyini, istəyəni narazı qaytarmadığını bildirir. Bəlkə də bu səbəbdəndir ki, onun bağından hələ bir ağac belə, oğurlanmayıb.

Bundan başqa, o, yaşadığı kəndin yaşıllaşdırılmasına da az əmək sərf etməyib. Əsas yoldan ayrılaraq Alakola gedən 3 km-lik yolun hər iki tərəfinə əkilən ağaclar da onun əlinin zəhməti ilə əmələ gəlib.

Xəbər lenti
0