BAKI, 22 noy — Sputnik. "Baku Fashion Week" dəb həftsəində "Ən yaxşı cavan dizayner" müsabiqəsi keçiriləcək. Bu barədə Sputnik-ə tədbirin təşkilatçısı Hafiz Ağayev məlumat verib.
Onun verdiyi xəbərə görə, adıçəkilən müsabiqənin qalibi "Studio Parisien des Arts et de la Mode" tərəfindən təqdim edilən Parisə beşgünlük səyahətlə mükafatlandırılacaq. Qalib səyahətinə gələn ilin fevralında yola düşə biləcək. Müsabiqənin qaydalarına görə, hər nümayişin sonunda hər bir qonaq öz səsini iştirakçı dizaynerlərdən birinə verəcək və sonda ən çox səs toplamış dizayner Parisə səyahət imkanı qazanacaq.
Xatırladaq ki, 24-27 noyabr tarixlərində "Jumeirah" otelində ən unudulmaz dəbli şousu — Bakı Moda Həftəsinin beşinci mövsümü baş tutacaq. Bu şou ildə 2 dəfə keçirilir və öz meydanına dəb dünyasının ən parlaq ulduzlarını toplayır. Bu sezonun açılışını, brend uşaq dizayneri Bechique-in mono-göstərisi edəcək. Şou xüsusi nağıl aləmli atmosferi və əlbəttə, gözəl uşaq obrazları ilə yadda qalacaq.
Daha sonra, noyabrın 25-dən başlayaraq, bağlanış gününə — ayın 27-nə qədər, bir çox ölkələrin aparıcı dizaynerlərinin (məsələn, Gürcüstan, Türkiyə, Kanada, Ukrayna, Özbəkistan və digərlər ölkələrdən olanların) göstəriş marafonları başlayacaq.
Göstəriş marafonunun ilk günü ən məşhur gürcü dizayneri Avtandil ilə başlayıb, daha sonra Azərbaycan brendi Naditin zərif və parlaq kolleksiyası ilə davam edəcək. Daha sonra, unikal konsepti ilə "Project by Natavan Gallery" — yeni azərbaycanlı moda evi (hansı ki gənc istedadlara dəstək verir və onlara öz işlərini professional meydana çıxarmağa imkan yaradır), göstərişə qoşulacaq. Ardınca isə, şou gürcü mənşəli azərbaycanlı dizayner Amina Jəfər ilə davam edəcək və məhdud libasların kolleksiyasının göstərişi baş tutacaq. İlk günün bağlanışını türkiyəli dizayner Lulu by Rananın göstərişi edəcək.
İkinci göstəriş günü azərbaycanlı dizayner Xokumı Hacıyevin oyuncaq kolleksiyası və Levata Group-un zərgərlik evi ilə başlayacaq. Daha sonra Zinet-i-Zishan-ın unikal bəzək kolleksiyası nümayiş olunacaq.
Daha sonra göstəriş aparıcı türkiyəli dizayner Selma Çilekin kolleksiyası ilə davam edəcək. Gecənin apofiozu Family Look-dan bütün ailə üzvləri üçün rahat kolleksiya olacaq. Göstəriş gecəsini Ukrayna dizaynerləri Kriza və Couture de Fleur bağlayacaq. Üçüncü, göstərişin yekun günü Özbəkistanın aparıcı dizaynerlərinin "Sharq Libosları" etiketləri altında yığma göstərişi ilə başlayacaq.
Daha sonra türkiyəli moda evinin — "The Black Dress"in kolleksıyasının nümayişi olacaq. Azərbaycanın dəb göstərişləri çərçivəsində ilk olaraq, podiumda yüksək səviyyəli hicab kolleksiyası "Jannat" markası tərəfindən nümayiş olunacaq.
Marafonun üçüncü gününü Moskvanın brendi "Sol Atelier" davam etdirəcək. Dəb Həftəsinin təmtəraqlı bağlanışını Azərbaycan brendi "De Camie" edəcək.
Qeyd edək ki, Sputnik Azərbaycan informasiya agentliyi və radiosu "Baku Fashion Week"in informasiya tərəfdaşıdır.