Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Bakı moda həftəsi mövsümün trendlərini təqdim edir

Abunə olmaq
Azərbaycan paytaxtında moda aləminin nüfuzlu tədbirlərindən biri - Baku Fashion Week fall/winter keçirilir. Mayın 15-dək davam edəcək tədbirdə Ukrayna, Gürcüstan və Latviyadan olan dizaynerlər iştirak edirlər. İlk defile isə italyan Andrea Lazzarinin olub.

Bakı moda həftəsinin təntənəli açılış gecəsində paytaxt dəb həvəskarları kişi geyim xətii Plùs Que Ma Vìe ilə tanış olublar. Tədbirdə bütün Bakı bomondu iştirak edib.

Tədbirin təşkilatçılarından olan FMS Models model agentliyinin rəhbəri Lyubov Qutorovanın Sputnik-ə bildirdiyinə görə, hər bir defile müəllif ideyasının təqdimatı və açılışıdır.

Baku Fashion Week çərçivəsində həmçinin ictimaiyyət yeni azərbaycanlı dizaynerlərin işləri ilə tanış ola biləcəklər. Belə ki, tamaşaçılar bakılı dizayner Gülsüm Əsədullayevanın uşaq paltarları kolleksiyasını ilk dəfə görəcək.

Bakıda moda həftəsi 2014-cü ildən etibarən ildə iki dəfə keçirilir. Baku Fashion Week əsasən moda aləmindəki yeni və parlaq adların inkişafı, həmçinin yerli sferanın simullaşdırılması üçün keçirilir.

 

Xəbər lenti
0