CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qazaxda nə baş verir?

© Photo : goyezen.azQazax rayonu
Qazax rayonu - Sputnik Azərbaycan
Abunə olmaq
İcra hakimiyyətinin keçmiş əməkdaşı: "Yazılanlar böhtandan başqa bir şey deyil"

BAKI, 21 noy — Sputnik. Qazax Rayon İcra Hakimiyyətinin keçmiş əməkdaşı Aqil Qurbanov Sputnik-in redaksiyasına məktub ünvanlayıb. Barəsində və həmçinin rayon icra hakimiyyəti haqqında internetmediada yayılmış bəzi məlumatlara etirazını bildirən Qurbanov yazır:

"İnternet saytlardan birinin 15 noyabr 2016-cı il tarixli bölgə bölməsində, "Rəcəb Babaşov Administrasiyanın qara siyahısında, həm də Qazaxlıların!" başlığı altında çap olunmuş materialı oxudum, açığını deyim ki, yazıda şər-böhtandan başqa heç nəyə rast gəlmədim. Əvvəla onu deyim ki, cənab Rəcəb Babaşov Qazax rayonuna icra başçısı təyin olunan gündən, yalnız abadlıq, tikinti-quruculuq işləri ilə və rayonda işgüzar, sağlam atmosfer yaratmaqla məşğuldur. Bunun nəticəsidir ki, Qazax son aylarda sürətlə inkişaf edib, küçələr, parklar, şəhidlər xiyabanları, qəbiristanlıqlar, məhəllələr, yollar abadlaşıb, az vaxt ərzində bir sıra sosial və istehsal yönümlü obyektlər tikilərək istifadəyə verilib. Rayonda bütün neqativ hallar, korrupsiya faktları aradan qaldırılıb. Bütün insanlara diqqət və qayğı artıb, rayonda işgüzar və səmimi atmosfer yaranıb.

İlham Əliyev Qazax Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının açılışını edib - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bu rayonda məmurların yuxusu ərşə çəkilib

Adıçəkilən yazıda göstərilir ki, guya, "Qazaxda məmur üsyanı baş verəcək, "Gestapo" rejimi icra aparatını dağıdır, kadrlar təziqlərə və təqiblərə məruz qalırlar". Bu fikirlər həqiqətdən çox uzaqdır. Məsələn, yazıda adı çəkilən Aqil Qurbanov, yəni mən səhhətimlə bağlı, Rəşad Əhmədov isə başqa işə keçməsi ilə əlaqədar öz ərizələrimizə əsasən, İcra Aparatından getmişik. Gündüz Abışov isə heç vaxt işdən çıxmaq haqqında fikirləşməyib və hazırda 2016-cı ilin hesabına məzuniyyətdədir. Mən səhhətimlə bağlı müalicə aldıqdan sonra İcra Aparatında və ya müvafiq başqa işdə fəaliyyətimi davam etdirəcəyəm.

Həmin yazının müəllifləri (əgər imzaları həqiqidirsə) — "Elçin Əmirov" və "Lalə Riyad Əsl Qazaxlı", görünür ki, əsl qazaxlı deyillər, ona görə də Qazaxda görülən işləri gözləri götürmür. Əslində, bu cür yazılar və onların müəllifləri Rəcəb Babaşovun Qazaxda gördükləri işlərə kölgə sala bilməzlər. Çünki, atalar demişkən, görünən dağa bələdçi lazım deyil. Onlar bu cür yazıları ilə yalnız Qazaxın və qazaxlıların nüfuzuna xələl gətirə bilərlər. Mən bu cür yazıların hamısını təkzib edirəm və adımın mənasız, şər-böhtan xarakterli yazılarda hallandırılmasına etiraz edirəm".

Xəbər lenti
0