BAKI, 20 noy — Sputnik. Britaniyalı Kreyq Ridi yenidən Dünya Antidopinq Agentliyinin (WADA) prezidenti seçilib.
“Report” xəbər verir ki, bu barədə təşkilatın rəsmi “Twitter” mikrobloqunda məlumat yerləşdirilib.
Məsələ ilə bağlı qərar WADA-nın Təsisçilər Şurasının Şotlandiyanın Qlazqo şəhərində keçirilən iclasında qəbul olunub. Ridi daha üç il bu vəzifəni icra edəcək.
"Kreyq Ridi Təsisçilər Şurası tərəfindən ikinci müddətə WADA-nın prezidenti postuna seçilib", — deyə məlumatda bildirilir.