Elnur Aslanov işdən azad olundu

© Photo : PUBLIC DOMAINRabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş şöbə müdiri Elnur Aslanov
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş şöbə müdiri Elnur Aslanov - Sputnik Azərbaycan
Abunə olmaq
Elnur Aslanov nazirliyin Elektron İdarəçiliyin İnkişafı şöbəsinin müdiri vəzifəsindən çıxarılıb

BAKI, 18 noy — Sputnik. Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) kadr dəyişikliyi aparılıb. Modern.az saytının əldə etdiyi məlumata görə, Elnur Aslanov nazirliyin Elektron İdarəçiliyin İnkişafı şöbəsinin müdiri vəzifəsindən çıxarılıb.

İmişli rayon təhsil şöbəsi - Sputnik Azərbaycan
ELM
İşdən çıxarılan direktor şöbəni bir-birinə qatdı

Nazirliyin mətbuat xidməti də Modern.az-ın sorğusuna verdiyi cavabda məlumatı təsdiqləyib. Bildirilib ki, Elnur Aslanovun özü işdən çıxmaq haqqında ərizə yazıb və o, həmin ərizə əsasında vəzifədən azad edilib. O da qeyd edilib ki, E. Aslanov beynəlxalq şirkətlərdən birinə işə gedib.

Qeyd edək ki, Elnur Aslanov bundan əvvəl (2007-2014-cü illərdə) Prezident Administrasiyası Siyasi təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri vəzifəsində çalışıb. Onun adı Türkiyədə terrorçu elan edilmiş "Hizmət" hərəkatının rəhbəri Fətullah Gülənə yaxın adamlar sırasında hallandırılandan sonra Prezidentinin Administrasiyasındakı vəzifəsindən uzaqlaşdırılmışdı.

Bir müddət əvvəl isə media onun "fətullahçılar"ın (FETÖ) lideri Fətullah Gülənə yazdığı məktubu üzə çıxararaq yaymışdı. Amma Elnur Aslanovun özü Fətullah Gülənlə bağlılığı barədə iddiaları təkzib edib.

E.Aslanov Milli Məclisin keçmiş deputatı Rəbiyyət Aslanovanın oğludur.

Xəbər lenti
0